Bir gün bir talış mollanı göndərirlər Şəkiyə
ki, məsciddə axundluq eləsin. (qeyd: həmin molla Mirzə Fətəli Axundzadənin
dədəsi olmayıb) Molla Şəkinin mərkəzində arabadan düşür, bir balaca uşaqdan
məscidin yerini soruşur, uşaq buna məscidin yolunu göstərir….
Axşam Şəki camaatı yığışır məscidə ki, görək
axund nə danışır, axund şablon sözləri işə salıb, camaata xitab edir:
– Camaat, mən sizə haqqın yolunu göstərəcəm,
cənnətin yolunu göstərəcəm…
Elə bu vaxt həmin uşaq qalxır ayağa və
mollanın sözünü kəsir:
– Sən heç məscidin yolunu tanımırdın, cənnətin yolunu necə tanıyırsan?…..
Məzhəkə-şou
Səbail Rayon
Məhkəməsinin barəmdə çıxartdığı hökmdən apellyasiya şikayəti verdim, fevralın
9-da Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun hakimliyi ilə şikayətimə
baxıldı, gözləntilərim özünü doğrultdu, yenə də bütün vəsatətlərim rədd edildi,
hakim məhkəməni “şahid ifadələrinə ehtiyac yoxdur”la başladı….
İlk olaraq hüquqlarım
polislər tərəfindən pozuldu, məni qeyri-qanuni olaraq maşınımdan düşürüb, həbs
etdilər, əslində bu mənə bir siqnaldır, yəni “özünü yığışdır, basarıq içəri”
mesajıdır, 9-cu polis bölməsində 3 saatadan artıq girov qismində saxlanıldım,
nə saxlanılma səbəbi mənə izah edildi, nə də ki, ətraf mühüt ilə əlaqə
qurmağıma imkan verildi. Bircə onu bilirdim ki, öz qeyri-qanuni əməllərinə
“qanun” adlı donu geyindirmək üçün məni hökmən məhkəməyə aparmalıdırlar, elə də
oldu, məni Səbail Rayon Məhkəməsinə apardılar, hakim Aytən Əliyeva mənim
“tərcüməçi və vəkil” vəsatətlərimi rədd edərək, saxlanma səbəbini mənə izah
etmədən, “şahid” qismində “dindirilən” polislərin “polisin qanuni əmrinə tabe
olmayıb” nağılları əsasında mənə hökm oxudu, hətta mənim “hansı polisin qanuni
əmrinə tabe olmamıışam, adını deyə bilərsinizmi?” atmacama da əhəmiyyət
verilmədi, sifariş var idi ki, mənim barəmdə inzibati xəta hökmü olsun, bütün
bunlar mənim gələcək həbsimə hesablanmış gedişlərdir, hətta mənim məhkəmə
protokolu ilə tanış olmaq hüququm da tapdalandı, absurd bir cavab aldım:
məhkəməyə ərizə ilə müraciət edib, sənədlərlə tanış ola bilərsiniz.(?) Etdim,
ərizə yazdım, qeydiyyatdan keçirtdim, amma yenə də “get, 3-4 gündən sonra
gələrsən, sədr üstünü yazmalıdır” kimi mücərrəd bir cavab aldım, zatən bu mənim
konstitusion hüququmdur, ancaq konstitusiya xüsusi seçilmişlər üçün işlək bir
mexanizm olduğu üçün, mənim kimi “obıvatel”lərə onun ancaq “qara” hissəsi şamil
edilir. Bir neçə gündən sonra protokol ilə tanış olanda dəhşətə gəldim, guya
mən “etiraf” etmişəm ki, “Dövlət Yol Polisi əməkdaşının qanuni əmrinə tabe
olmamışam”….
… İndi aydın oldu niyə
apellyasiya şikayətim şahidlərsiz keçirildi? Məhz tələm-tələsik verdikləri
hökmdəki yanlışlığın ictimailəşməsindən çəkinirdilər…
….Hökmdə mənim məhz
“DYP əməkdaşının” qanuni əmrinə tabe olmadığım göstərilirdi, dərhal həmən “DYP
əməkdaşının” axtarışına çıxdım, yoxdur belə bir insan, qurama bir işdir ki,
quyruğu elə ilk məhkəmədəcə görsəndi…
Apellyasiya məhkəməsi
də eyni ssenari üzrə keçdi, ancaq bütün hallarda haradasa kiçik də olsa səhv
buraxırlar, apellyasiya məhkəməsinin qərarında göstərilir ki, mən “ilkin
məhkəmə instansiyasında heç bir vəsatət irəli sürməmişəm”, sonra isə yazılır
ki, “inzibati xəta törətmiş şəxsin (yəni mənim) azərbaycan dilindən talış
dilinə tərcüməçi tələbi rədd edilmişdir”, bəs deyirdiz mən vəsatət verməmişəm?
Əgər sizə məhkəmənin ətalətli yox, ədalətli olması önəmli idisə, niyə mənim
vəsatətlərimi rədd edirdiz? Niyə tərcüməçi, vəkil tələblərimi yerinə
yetirmədiz? Niyə apellyasiya şikayətimə şahidlərsiz baxdız? Niyə həmən polisi,
hansının ki, əmrinə tabe olmamışam, müəyyən edib meydana çıxartmırsız? Niyə
“mister X” kimi gizlətdiyiniz, əslində isə olmayan “DYP əməkdaşının müəyyən
edilməsi” ilə bağlı vəsatətimi rədd edirsiz? Niyə boynunuza almırsız ki, heç
vaxt ədalətli olmamısız, qərarı ya rüşvətlə, ya da kı “yuxarıların sifarişi”
ilə vermisiz, siz heç vaxt haqqın-ədalətin yanında olmadız, daima şeytanın
yanındasız və əminəm: Sizə cəhənnəmin yolunu göstərəcək molla və ya qeyrisi
lazım deyil, siz o yolu artıq gedirsiz və ömrünüzdən ötən hər gün sizi o qır
qazanına bir az da yaxınlaşdırır, cəhənnəmin istisini hiss edəndə isə gec
olacaq, çox gec….
Xanəli Tolış
Bir ağsaqqalımız var:
– Xanəli müəllim, uzun illər müəllimlik etmiş Xanəli mamu yaşayışında da, sözün
bütün mənalarında, əsl müəllimdir. Yadıma gəlir, dərcinə bütün varlığımı
qoyduğum və dərcini bərpa eytdiyim “Tolışi Sədo” qəzeti, mənim üçün bu gün də
qaranlıq qalan səbəblərdən, bağlandı, mən, qəzet gözləyən oxucularımıza xatir,
qəzetin adında cüzi dəyişiklik edib, “Tolışon Sədo” adı ilə dərcə başladım, ilk
olaraq üstümə böyük basqılar oldu, çoxu mənə hürkə-hürkə baxırdı, zarafat
deyildi, şəhid edilmiş USTAD Novruzəli Məmmədovun qəbri hələ soyumamışdı,
Talışın köksündə bir elman quliyev xofu var idi və bu əsnada mən ilk dəstəyi
məhz Masallıdan aldım, Masallı ziyalıları, xalqımızın rüşinfik ağsaqqalları
Allahverdi müəllim, Camal müəllim və Xanəli müəllim mənə dəstək oldular, Xanəli
müəllim onda belə bir cümlə işlətdi:
– Rafiq, sən qəzetin dərcini saxlama, heç kəs sənə yazı verməsə belə ağ kağız
çıxart, təki onun adında TALIŞ sözü olsun, bizə qəbuldur.
Bu cür dəstəkdən sonra
daha da həvəsləndim və qəzetimizi köşklərdə satdırmağı qarşıma məqsəd qoydum,
bütün məqsədlərimə çatdım, qəzet həftəlik dərc edilir, köşklərdə satılır və
abunə sistemi işləyirdi, düzdür, 2012-ci ildə d-r Hilal Məmmədovun həbsi mənim
ictimai yükümü və maddi xərclərimi bir az da artırdı ki, bu da qəzetin dərcində
öz əksini tapdı, qəzet yenə də həftəlik dərgidən aylıq dərgiyə keçəsi oldu, bu
işdə bəzi insanların mənimlə apardıqları intriqalar da az rol oynamadı, təbii
ki, bu sonucda Talış xalqının ziyanına işlədi, günü bu gün də biz həftəlik
dərci bərpa edə bilmirik…
Deyəsən Xanəli
müəllimi bəhanə edib mövzudan xeyli yayındım, sözümün canı odur ki, Xanəli
müəllim daima öz nəcabəti ilə insanların yanında olmuş, onlara öz dəstəyini
əsirgəməmişdir.
Yubileyiniz mübarək
Xanəli MAMU
“Tolışon Sədo” N:
2(71)
28 fevral 2015