24 Kasım 2016 Perşembe

Direktora qarşı oynanılmış çirkin oyun-4

        Xeyrullanın Ləmanın əlində oyuncağa çevrilməsi…


Ləman Babayeva 2007-ci ildən, Xeyrulla Haqverdiyev isə 2015-ci ilin aprelin 1-dən 230 saylı məktəbdə işləyirlər. X.Haqverdiyev Təhsil Nazirliyinin apardığı  “uğurlu” kadr siyasətinin məhsuludur. Belə ki, direktor müavinləri üçün 2015–ci ilin martında təşkil olunan imtahanda ən yüksək bal toplayıb və arzusuna əsasən 230 saylı məktəbə göndərilib. Buna qədər isə 3 il (2010-2013) Astara rayonunda müəllim işləyib, 2013-cu ilin sentyabrında “Müəllimlərin işə qəbulu müsabiqəsində  göstərdiyi nəticələrə görə” Hacuqabul rayonuna müəllim təyin olunub və 2014-cü ilin aprelin 1-nə qədər Hacuqabul rayonunda müəllim kimi fəaliyyətini davam etdirib. Bakı şəhərində müəllim işləmək üçün həmin müsabiqədəki yüksək keçid balını keçə bilmədiyi üçün Bakıda olan məktəblərə düşə bilməyib. X. Haqverdiyev Sabunçu rayonunun Ramanı qəsəbəsində valideyinləri ilə birlikdə yaşayır. Ailəlidir. Maraqlıdır, 2 dəfə imtahan verərək Bakı şəhərində yerləşən məktəblərin keçid balını toplaya bilməyən  Xeyrulla müəllim hansısa “xeyirli” işlərinə görə  “direktor müavinlərinin işə qəbulu müsabiqəsində” ən yüksək bal toplayır və sosial şəbəkə üzərindən az-çox tanınan 230 saylı məktəbə müavin göndərilir. (bu müsabiqənin özü də, adı da - cəmi 3 il 6 ay peqaqoji təcrübəyə malik, ucqar bir məktəbdə yeganə Azərbaycan dili və Ədəbiyyatı müəllimi olan bir şəxsi təcili Bakıda yerləşən bir məktəbə təşkilat işləri üzrə direktor müavini gətirməsi qədər GÜLÜNCDÜR. Bu məsələ başqa bir müzakirənin mövzusudur.)
Keçək iki müavinin  birləşərək, məktəb direktorunu işdən azad etdirmələrinə .......


Tezliklə məlum olur ki, təşkilat işləri üzrə direktor müavini təyin olunan  X.Haqverdiyev nəinki idarəetmədən və təyin olunduğu işdən bixəbərdir, hələ üstəlik psixi problemləri olan bir şəxsdir. Təbiətcə sakit görünən Xeyrulla müəllim, istər müəllimlərlə, istərsə də şagirdlərlə ən kiçik situasiyada depresiyaya düşür, heç kimi danışdırmır və s. Amma direktorun  verdiyi bütün tapşırıqlara “Bəli”, “Baş üstə” və s  ilə cavab verərək, yola verir.  Əldə etdiyim məlumatlara görə bu yolla göndərilən kadrların tam əksəriyyətinə BŞTİ-dən deyilir ki, sizin əsas vəzifəniz məktəbdə baş verənləri operativ olaraq idarədə lazımı şöbələrə çatdırmaqdır. Təhsildə “cəsus” sistemi )))) Yenə gülüncdür. Yəqin ki, təhsil sisteminin hüquqşunaslar tərəfindən idarə olunmasından irəli gəlir bu “sistem”.

Məktəbdə ümumi işin pozulmaması üçün “qeyri-leqal” təşkilat işləri üzrə direktor müavini təyin olunur. Bu iş 2015-ci ildə Xızı rayonundan yerdəyişmə ilə məktəbə gələn coğrafiya müəlliminə həvalə olunur. Və Xeyrulla müəllimə də tapşırılır ki, həmin müəllimdən işi öyrənsin. Həmin müəllimə, deyilənə görə, əvvəllər işlədiyi məktəbdə təşkilat işləri üzrə direktor müavini imiş. Bu addım Ləman  Babayevanın xoşuna gəlmir və bunu açıb –ağartmasa da, Xeyrulla Haqverdiyevlə yaxınlaşır. Bu yaxınlaşma o qədər “isti” olur ki, hətta 2016-cı ilin mart ayında X.Haqverdiyev Kapital Bankdan Ləman Babayevanın götürdüyü 5000 AZN-ə  və 2016-cı ilin aprel ayında, yenə Ləman Babayevanın Chevrolet  şirkətindən aldığı maşına görə 26 000 manata zamin durur.




Elşən Qafarova Sergey Kavalenkodan məlum məktub daxil olan kimi, (bu məktubla tanışsınız. Həmin məktub barədə və Abdullayevlər ailəsinin Sergey Kavalenko ilə ilişgiləri haqqında növbəti məqalələrimdə məlumat verəcəyəm) X.Haqverdiyeva  bildirir ki, ehtiyatlı olsun, tanımamışıq bu ailə onu da aldada bilər. X.Haqverdiyev L.Babayevanın ifşa olunduğunu, onun işdən gedə biləcəyini görüb, 30 000 AZN-ə zaminlikdən onu çıxatmağı tələb edir. X.Haqverdiyevin anası bir neçə dəfə L.Babayeva ilə telefonla danışır. Hətta görüşüb, yaranmış vəziyyəti müzakirə edirlər. L.Babayeva  əvvəlcə Xeyrullanın anasına bildirir ki, o, Xeyrullanı tanımır və direktor onun üçün onu zamin tapıb!? (təbii ki, Ləmana yaraşan üslubdur). Daha sonra tələb edir ki, Haqverdiyevlər ailəsi Elşən Qafarovdan təhsil nazirliyinə, ayrı-ayrı təşkilatlara şikayət etsinlər, onda zaminlikdən  Xeyrullanı azad edəcək. Ləman Babayevanın əlində çarəsiz qalan bu ailənin, onun tələblərini yerinə yetirməkdən başqa yolu qalmır. Bu məsələ də zorlanma məsələsi kimi ağ yalan  və quru böhtandan başqa bir şey deyil. Haqverdiyevlərin şikayətlərinin səmərə vermədiyini görəmn Ləman Babayeva Xeyrulladan tələb edir ki, o, işə, büllüten götürərək, çıxmasın,. Üstəlik bildirir ki. Bülletenə çıxmaq üçün tanış həkimi yoxdursa, bu məsələdə də köməklik edə bilər. Özü isə növbəti əmək məzuniyyət müddəti bitən kimi (14 sentyabrda) bülletenə çıxacaq. X.Haqverdiyev 21 saylı BŞX-nın baş həkimi ilə “razılaşır” və 57 gün müddətində ambulator qaydada müalicə olunması və əmək qabiliyyətini müvəqqəti itirməsi haqqında sənəd “alır”. 

23 noyabrda 230 saylı məktəbdə  “Narkomaniyaya qarşı mübarizə” adlı tədbir keçirilir. Tədbirə şəxsən Xəzər RPİ –nin rəisi, polkovnik Azər Muradov gəlir. (Maraqlıdır, Xəzər rayonunun az qala hər bir məktəbndə keçirilən bu tədbirlərin heç birində Azər Muradov şəxsən iştirak etməyib. Görünür onu 230 saylı məktəbə aparan “qüvvə” çox güclüdür.) Tədbirə gecikməsinə baxmayaraq, rəis direktoru otağına çəkərək, Ləman Babayevanın niyə işə gəlmədiyini soruşur. Bütün tədbir boyu isə özünü çox əsəbi vəaqressiv aparır.

24 noyabr ... Ləman Babayeva məktəbə gəlir və müəllimlərin yanında elan edir ki: “Məni bura Azər müəllim göndərdi,dedi get otur orda, mən arxanda durmuşam” Amma nədənsə bülleteni 25 noyabrda  “bağlatdırır”. Yəqin ki, kollektivin onun atdığı addımlara 30 avqustdakı münasibətindən təkrarlanmasından qorxurmuş .....

15 noyabr  Təhsil Nazirliyi və BŞTİ  uzun sürən sükütdan sonra  Elşən Qafarovun  10 noyabr tarixindən, Ləman Babayevanın isə 15 noyabrdan  “könüllü” ərizələrinə əsasən işdən azad olmaları haqqında məlumat verir. Maraqlı burasındadır ki, Elşən Qafarov hətta müəllimlikdən azad olunur. Ləman Babayeva isə başqa məktəbdə müəllim saxlanılır......

P.S. Aldığım informasiyaya  əsasən Ləman Babayeva oxuduğu məktəbə- Buzovna qəsəbəsində yerləşən 26 saylı orta məktəbə  müəllim göndərilib. Bu xəbəri eşidən məktəb kollektivi 23 noyabr tarixdə L.Babayevanı böyük izdihamla məktəbdən qovublar. Bakı Təhsil İdarəsi  L.Babayevanı Albalı qəsəbəsində yerləşən 322 saylı orta məktəbə göndərsə də, orada da böyük narazılıq baş verib. Kollektivin etirazı nəticəsində L.Babayeva məktəbin həyətindən qovulub. Bu dəfə onu Binə qəsəbəsində yerləşən 149 saylı məktəbə göndərmək istəyiblər. Bu məktəbdə də müəllimlərin sərt etirazı baş verib. Bakı Təhsil İdarəsi isə Ləman Babayevanı yerləşdirmək üçün məktəb axtarır. Maraqlıdır, keçən müddət ərzində yaranmış vəziyyətlə bağlı  bir dəfə də 230 saylı məktəbin qapısından  içəri girməyən təhsil nazirliyi və BŞTİ əməkdaşları Ləman Babayevanı hansısa məktəbə sırımaq üçün dəridən–qabıqdan çıxırlar. Heç bir məktəbin müəllimləri isə belə bir insanı öz aralarında görmək istəmir .

.......Növbəti məqaləmdə Ləman Babayevanı Təhsil Nazirliyində və Bakı şəhəri Təhsil İdarəsində kimlər tərəfindən və hansı səbəbə dəstəklənməsini açıqlayacam...




















23 Kasım 2016 Çarşamba

Direktora qarşı oynanılmış çirkin oyun-3

Ləman Babayevanın polisdə havadarları  kimdi? 





Ləman Babayevanın məlum  şikayət ərizəsindən 1 həftə sonra Xəzər Rayon Prakurorluğunda Elşən Qafarov haqqında  araşdırma başlayır. Eyni zamanda Elşən Qafarov Bakı şəhər Təhsil İdarəsində Daxili Nəzarət və Kadrlar şöbələrinə çağrılır. Bu idarədə də araşdırma başlanılır. Ona müxtəlif təzyiqlər göstərilir. Direktor yaranmış vəziyyətlə bağlı kollektivə müraciət edir. 30 avqust 2016-cı il tarixdə məktəbdə ağsaqqal və ağbirçək  müəllimlərin iştirakı ilə toplantı keçirilir. Ləman Babayeva iclasa dəvət edilir və ilk olaraq iclasa Hikmət adlı vəkilini göndərir. Müəllimlər buna etiraz edirlər ki, “bura məhkəmə zalı deyil. L.Babayeva məktəbin direktor müavinidir və özü gəlib cavab verməlidir ki, niyə məktəbin adına ləkə gətirən addımlar atır” Vəkili ilə uzun telefon danışığından sonra L.Babayeva məktəbə gəlməyə razılıq verir. Həmin vəkilin də iştirakı ilə olan toplantıda Ləman Babayeva və Elşən Qafarovdan izahat tələb olunur və hər iki şəxsin izahatlarından sonar məlum olur ki, L. Babayeva direktora şər atır. (Aldığımız məlumata görə bir neçə xanım müəllimə hətta L.Babayevanın üzünə tüpürərək ondan hansı üzlə bu və ya başqa məktəbdə işləyəcəyini soruşublar) Ləman Babayeva kollektivdən üzr istəyir və səhvini düzəltmək üçün bir neçə gün sonra  rayon prakuroruna, təhsil nazirinə və yenə də Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinə ???????? yazılı şəkildə  məktub göndərir ki, qardaşı Abdullazadə Vəfadarın 5 il həbs cəzası alacağı xəbərini eşidərək, rühi sarsıntı keçirdib və bu təsir altında direktor Elşən Qafarova böhtan atıb .(maraqlıdır, görəsən Ləman xanım bu addımı atarkən Elşən Qafarovu, onun ailəsini. məktəbdə olan 1100 şagirdi düşünməyibmi?)





8 sentyabr  2016 –cı il tarixdə məsələ ilə bağlı Xəzər Rayon Prakurorluğunda  araşdırma başa çatır və həmin araşdırmanı aparan müstəntiq  II dərəcəli hüquqşunas  Səməd Nəcəfov  qərar qəbul edir.
Qərardan da göründüyü kimi Ləman Babayevanın onun 09 iyul 2016 cı il tarixdə, məktəbdə direktor Elşən Qafarov tərəfindən zorlanması faktı təsdiqin tapmır və Ləman Babayeva prakurorluqda verdiyi izahatda bildirir ki, direktorun barmağı belə ona toxunmayıb .?????? Bu böhtan deyil bəs nədir? Həmin qərarı sizə təqdim edirik 





Böhtançı kimi tanınan Ləman Babayeva vəziyyətdən çıxmaq üçün Xəzər RPİ-nin rəisi, polkovnik Azər Muradovla  “dost”laşmaqla, özünu və qardaşını qorumaq qərarına gəlir.


 Azər Muradov  Elşən Qafarov və Ləman Babayevanı qəbuluna çağırır, hər ikisini dindirir və  Elşən Qafarovdan tələb edir ki, o, həm Ləman Babayevadan, həm də Ləmanın anasından üzr istəməlidir. Elşən Qafarov onların erməni qohumluğunu və özünə qarşı edilmiş haqsızlıqlarla barışmayacağını, hüquqlarını qorumaq üçün əlindən gələn nə varsa edəcəyini  bildirərək,  polis idarəsini tərk edir. Bundan ürəklənən Ləman Babayeva  müxtəlif əlaqələri vasitəsi ilə (onun yaxın qohumu Rauf Nəcəfli təhsil naziri Mikayıl Cabbarovun yaxın dostu, “Kim, Nə, Harda” intellektual oyunundan komanda yoldaşı və TN-də Statistika şöbəsinin müdiridir) Elşən  Qafarova təzyiqlər davam edir. İTİ də olan polkovnik (həmin polkovnikin  L.Babayeva ilə nə kimi münasibətləri olması ilə bağlı araşdırmam davam edir) isə E .Qafarovun həbs olunması üçün Xəzər RPİ-yə göstəriş verir. (bu məlumatın da dəqiqləşdirilməsi ilə bağlı araşdırmam davam edir).
230 saylı tam orta məktəbdə  isə müəllimlər və valideyinlər qəti olaraq bildirirlər ki, L. Babayeva ayağını belə məktəbin həyətinə qoymamalıdır.
Ləman Babayevanın havadarları ona məsləhət görürlər ki, aranın sakitləşməsi üçün vaxt lazımdır və xəstəxanaların biri ilə “razılaşaraq” bülletenə çıxmalıdır. 14 saylı BŞX-nin baş həkim əvəzi Nailə xanım onun “köməyinə “ çatır. 14 sentyabrdan L.Babayevaya əcaib bir diaqnozla bülleten açılır.





Ləman Babayeva isə bu müddət ərzində məktəbin  təşkilat işləri üzrə director müavini Xeyrulla Haqverdiyev və onun ailəsi ilə razılaşaraq, ikincinin də eyni addım ataraq, Elşən Qafarovdan Təhsil Nazirliyinə və Bakı  şəhəti üzrə Təhsil İdarəsinə şikayət ərizəsi yazmasına və 9 sentyabr 2016 cı il tarixdən X.Haqverdiyevin də bülletenə çımasına nail olur. Sual yaranır: bəs niyə L.Babayeva  14 sentyabrdan, X.Haqverdiyev isə 9 sentyabrdan bülletenə çıxırlar? Çünki L.Babayevanın növbəti əmək məzuniyyəti 14 sentyabrda bitib və həmin tarixdə o, işdə olmalı idi.

X.Haqverdiyev və L.Babayevanın işbirliyi haqqında ətraflı növbəti yazımızda……











22 Kasım 2016 Salı

Direktora qarşı oynanılmış çirkin oyun

Direktora qarşı oynanılmış çirkin oyun 


Təhsil bir millətin gələcəyidir.Təhsilimizin inkişafı hər bir Azərbaycan vətəndaşı üçün önəmli olmalıdır.Etiraf etmək lazımdır ki,Azərbaycanda təhsilin vəziyyəti heçdə yaxşı deyil.Bunun əsasındasa  təssuflər olsunki ozbaşınalıq,ruşvətxorluq,korrupsiya dayanır.Azərbaycanda təhsildə bir digər problem isə “kimin adamı”olmaqdır.Etiraf etmək lazımdır ki yüksək vəzifəli məmurun qohumu təhsil sahəsindədirsə deməli ona heç kim heçnə edə bilməz.Təssüfki bu günümüzün acı bir reallığıdır.Lap dərinə gedəndə təhsilimizin inkişaf etməsi üçün əlindən gələni əsirgəməyən Təhsil fədailərimizə qarşı iyrənc oyunlara start verirlər və onları ləkələyib təhsildən uzaqlaşdırırlar.Belə bir iyrenc oyunla üzbə-üz qalan 230 saylı məktəbin direktoru Elşən Qafarovdur.


Elşən Qafarov 23 iyul 1975-ci ildə Lerik rayonun Siyov kəndində ziyalı ailəsində anadan olmuşdur.1992-ci  Fizika-Riyaziyyat  liseyini bitirib və həmin ildə 17 yaşda olmasına baxmayaraq könüllü şəkildə Ağdam ərazisində Müdafiə batalyonunda düşmənlə döyüşdə iştirak etmişdir.1992-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub.Helə həmin il döyüşdə şəhid olan qardaşı Mehman Qafarovun 40 mərasimini keçirtdikdən sonra yenidən cəbhəyə gedərək atəşkəs bağlanana qədər döyüşmüşdür.1998-ci ildə ali məktəbi bitirmişdir.1996-ci ildə ailə vəziyyətinin pis olmasını nəzərə alaraq təhsil formasını qiyabiyə keçirib.Elə həmin il Mehman Qafarov adına Siyov kənd orta məktəbində müəllim fəaliyyətinə başlayıb.Uzun müddət ayrı-ayrı məktəblərdə müəllim fəaliyyətini davam etdirib.2005-2006-cı illərdə Mehman Qafarov adına Siyov kənd orta məktəbində direktor vəzifəsində işləyib.2006-2009-ci illər ərzində Bakı şəhəri Xəzər Rayonun Şüvəlan qəsəbəsində Makarenka adına Gimnaziya məktəbində muəllim fəaliyyətini davam etdirib.2009-2012-ci illər ərzində Xəzər rayonun Şüvəlan qəsəbəsində yerləşən 230 saylı məktəbdə direktor müavini vəzifəsində işləyib.2012-ci ildən 2016-cı ilin 10 noyabr tarixinə qədər  həmin məktəbdə direktor vəzifəsində işləyib.Elşən Qafarov harda işləməsindən asılı olmayaraq yüksək hörmət sahib olmuş,Təhsilimizin inkişafına bir çox töhfələrini vermişdir.Həm şagirdlər,həm tələbələr və həmdə müəllimlər üçün bir çox  elmi-metodiki vəsaitlərin müəllifidir.

Elşən Qafarova qarşı iyrənc kampaniyaya 230 saylı məktəbdə direktor işlədiyi vaxt start verilib.Daha dəqiq desək 2016-ci ilin iyul ayından başlanılıb.2014-ci ildən həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən Ləman Babayeva işlədiyi vaxt xeyli sayda qanun pozuntularına yol verilmişdir.


Deməli iyun ayının 1-dən 6-sına qədər Rusiyada qardaşına getmək üçün icazə alıb.Gələndən sonra muxtəlif bəhanələr gətirərək məktəbə gəlməyib və bu aralıqlarda gələndə də saat 11:00 da gəlib uzağı 13:00 da gedirmiş.Ondan soruşulanda ki hara gedirsiz və oda cavabında “Təhsil nazirliyində görüşlərim var ora gedirəm” deyirmiş.İşə gecikməsinə görə məktəb direktoruyla arasında vəziyyət getdikcə pisləşirmiş.Bu hal belədə davam edib.İyul ayının 16-si direktor  Elşən Qafarov onu yanına çağıraraq “Belə olmaz axı,məktəbə gəlmirsən və sənin haqqında məktub bizə göndəriblərki sənin bir tərəfin ermənidir və dayın Erməni disporu ilə əlaqədədir.Həmdə sənədlər sənin otağında da var bizə lazım olur və belə davam edəcəksənsə açarları təhvil ver get”deyib açarları Ləman Babayevadan təhvil alıb və Ləmanda problem yoxdur deyerək getmişdir.Ləman Babayeva direktordan xaiş edirik ki,məktubu heçkəsə verməsin.Direktorda qeyd edirki sənin haqqında gələn bu məktub təkcə mənə yox,Təhsil Nazirliyinədə göndərilib. Rusiyada yaşayan  Belarus vətəndaşı Коваленко Сергей Александрович adlı şəxs məktəb direktoruna,Ləman Babayevanın anasına və Təhsil nazirliyinə məktubunda qeyd edirki Ləman Babayevanın bir tərəfi(ana tərəfi)  ermənidir və Rusiyada yaşayan dayısı Erməni diasporu ilə əlaqədədir.Məktubu sizə təqdim edirik:





















Avqust ayının birindən Referduma görə hazırlıqlar başlanan zaman 230 saylı məktəbin direktoru internetin 2 sinifdə olmasını nəzərə alaraq tapşırıq verirki internet olan siniflərin birində  yerləşdirilən printerlərin müavinin otağına yerləşdirsinlər.Bunu eşidən Ləman  Babayeva digər müavinə zəng edərək “Siz kimsiz mənim otağıma printerləri qoyursuz?” deyərək  həmkarına hədə qorxu  gəlmişdir.Bu zaman direktor Elşən Qafarov ona zəng edərək deyibki “Axı mən sənnən danışdım və səndə könüllü olaraq gedirsən və hətta məndən xaiş elədinki o məktubu heçkəsə vermə o mənim direktor getməyimə mane olacaq.Həmdə sən dedinki mən özüm gedirəm onsuzda məni direktor  verirlər ”.Ləman Babayeva isə Elşən Qafarova hədə-qorxu gələrək “Lazım olsa səni mən direktorluqdan göndərtirərəm” deyib zəngi bitirir.Üstündən 5-10 dəqiqə keçməmiş Ləman Babayeva Lahıca ekskursiya getdiyi zaman(Telefon danışığında belə qeyd edilir) tanış olduğu yüksək rütbəli polis məmuru vasitəsiylə Elşən Qafarova hədə-qorxu gəlir. Həmin Telefon danışığını sizə təqdim edirik:



Araşdırmanın davamı növbəti sayımızda.Ləman  Babayevanın hansı yüksək vəzifəli polis məmuruyla əlaqədə olduğunu ,Xəzər Rayon İcra Hakimiyyətində ona dəstək verən dövlət məmurunu və Təhsil Nazirliyində hansı məmura hədə-qorxu gəldiyini biləcəksiniz














Direktora qarşı oynanılmış çirkin oyun-2

Ləman Babayeva hələ ki at oynadır

Həmin telefon zəngindən 3 gün sonra 4 avqust 2016 cı il tarixində Ləman Babayevanın sifarişi ilə onun anası Bakı şəhəri  125 saylı tam orta məktəbin ( bu məktəb Buzovna kəndində yerləşir ) ibtidai sinif müəllimi Səhər Abdullayeva və qardaşı  heç yerdə işləməyən  Vəfadar Abdullazadə  saat 11 radələrində 230 saylı tam orta məktəbə gəlirlər. Əvvəlcə Səhər Abdullayeva  direktorun otağına daxil olur. Sergey Kovalenkonun  məktubunu ( o məktubda Səhər in anasının erməni olması və qardaşı Azərin Krasnodar vilayətinin Armavil şəhərində erməni icmasının rəhbərlərindən biri Sarkis ilə  yaxınlığı və erməni icmasında fəallığından söhbət açılmışdı ) niyə  açıb-ağartması eləcə də Ləman Babayevanın işdən çıxarılması ilə bağlı hiddətləndiyini  bildirir. Direktoru nalayiq sözlərlə təhqir edir.Direktorun otağına haray-həşir salır. Bu zaman otağa daxil olan Vəfadar Abdullazadə Elşən Qafarovla guya görüşmək istəyi ilə ona yaxınlaşır və sifətinə yumruqla zərbə endirir. (Bu fakti Vəfadar Abdullazədə Xəzər RPİ-də verdiyi izahatda təsdiq edib ) Məktəbdə olan müəllim və işçilər Səhər və Vəfadarı direktorun otağından çətinliklə çıxarda bilirlər. Qəzəbi soyumayan Vəfadar  məktəbin qarşısında saxladığı maşınına yaxınlaşaraq  düyməli bıçağı götürərək məktəbə girir ,direktora hücüm edərək  onu bıçaqlamaq istəyir.Bu fakt məktəbin  təhlükəsizlik kameralarında  çəkilmiş video yazılarda təsdiqin tapıb.Və həmin video yazılar istintaqa təhvil verilib. Həmin video yazını biz də sizə təqdim edirk.




Video yazıdan da göründüyü kimi  Vəfadarı zorla saxlayırlar ,o ,isə onu tutmaq istəyənlərin əlindən çıxıb Elşən Qafarovu bıçaqlamaq istəyir. Elşən Qafarov  102 xidmətinə zəng etmək istəyərkən  Səhər Abdullayeva stolunun üstündə olan şəhərdaxili telefonların tellərini qırır. Belə olduqda E.Qafarov moboil telefonla Xəzər RPİ-nin əməkdaşlarına zəng edir. Maraqlı burasındadır ki, videoyazıdan da göründüyü kimi hadisə vaxtı məktəbə polislər daxil olur.Lakin hadisə yerində akt bağlanılmır. Vəziyyəti  öyrənən  polislər Səhər və Vəfadarı təqib etməyə başlayırlar .( sonuncular polisləri görən kimi hadisə yerindən qaçırlar).Təqibetmə 1 saata yaxın davam edir.Hətda Vəfadar polislərin üzərinə maşın sürür. Onu yalnız yaşadığı evin yaxınlığında böyük çətinliklə dayandırıb polis bölməsinə gətirə bilirlər.


Direktor  hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə telefonla məlumat verir. Təhsil İdarəsindən  bildirirlər ki direktor polisə müraciət etsin. Hadisə aktlaşdırılır. Elşən Qafarovun ərizəsi ilə birlikdə həmin akt Xəzər RPİ-yə təqdim olunur. Maraqlı burasındadır ki , Ləman Babayevanın  dərhal himayədarları tapılır. Həmin akt və Elşən Qafarovun  ərizəsi orada cırılır. Vəfadar Abdullazadə polis idarədən buraxılır. 5 avqust tarixində E. Qafarov RPİ-yə gəlir.Vəziyyəti biləndə etiraz edir. Ona deyirlər ki Ləman Babayevanı tapşırıblar ona görə də ərizəsi və akt cırılıb atılıb.Belə olduqda E. Qafarov “heç olmasa üzr istəməlidirlər ,bu nə özbaşınalıqdır “ deyə tələb edir.Şikayət edəcəyini bildirir . Yalnız bundan sonra  polis hadisəni qeydiyyata alır.E Qafarov aldığı xəsarətlə bağlı  ekspertizadan keçirilir.



Bir neçə gün sonra Ləman Babayeva polis şöbəsinə gəlir. Burada ona deyirlər ki, baxmayaraq ki, sizi tapşırıblar E.Qafarov şikayətini  geri götürməsə  qardaşını həbs gözləyir. L.Babayeva  Hikmət adlı bir vəkillə tanış olur və vəziyyətdən çıxmaq üçün ondan kömək istəyir. Vəkil də ona bildirir ki, ya E.Qafarov haqqında bir cinayət işi açılmalıdır ki ,biz onu məcbur edə bilək  o barışığa getsin və şikayətini geri götürsün , ya da siz üzr istəməlisiniz. L. Babayeva üzr itəməyəcəyini ,onun arxasında cox ciddi adamların durduğunu deyir. Və direktorun onu zorlaması ilə bağlı şikayət edəcək ,üzünə duracaq.....

23 avqust 2016 cı il tarixində prezdent İlham Əliyevə, millət vəkili Mehriban xanım Əliyevaya , Baş Prakuror Zakir Qaralova ,Təhsil Naziri Mikayıl Cabbarova və Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinə ( diqqət edin Daxili İşlər Nazirliyinə yox ,məhz İctimai Təhlükəsizlik İdarəsinə-burada L. Babayevaya yaxın olan daha bir palkovnik var.Tezliklə həmin palkovniklə bağlı araşdırmalarımızı təqdim edəcəyik) şikayət ərizəsi yazır ki,məktəbin direktoru Elşən Qafarov onu 9 iyul 2016 –cı il tarixindədiqqət edin  45 gün sonra) məktəbdə zorlayıb.



Araşdırmamız davam edir












13 Kasım 2016 Pazar

İcra nümayəndəliyin 20 illik şousu

Bəzən insan həqiqqətləri yazanda bir dirəniş nöqtəsi olur.Xususən kənddə doğulmusansa o kənddə baş verən haqsızlıqları yazanda insanın önünə manelər çıxır.Hansısa haqsızlığı yazanda “O,sənin qohumdu və sənə yaraşmaz o insanı rüsvay etməyin” kimi fikirlərnən rastlaşırsan.Amma həqiqəti yazmaq nə qohumluq, nədəki tanışlığ münasibətinə baxmaz.Amma mənim üçün haqq,ədalət,şəffaflıq daima ən yaxınlarımdan belə önəmli olub.Çünki indiki dövrdə yaltağların sayı çox,haqqı deyənlərin sayı isə çox azdır.Xüsüsəndə kənd yerində yaşayırsansa bu daha özünü qabarıq şəkildə görsədir.
Azərbaycan adlı vətənimizin qayğısına qalmaq hamımızın börcüdür.Məmuru,hərbiçisi,müəllimi,həkimi,jurnalisti,fəhləsi və bir sözlə hamı bu vətəni qorumalıdır.Vətəni qorumaq təkcə silah tutub vətən torpaqları uğrunda vuruşmaq deyil.Hər kəs öz sahəsində vətəninə xidmət etməyi özünə şərəf bilməlidir.Biz bilirikmi???
Doğulduğum Lerik Rayonun Veri ərazisi (Veri,Babakücə,Küsəkaran,Əliabad,Qələbin) əsrlər boyu daima fərqli fikirlərin,yəni müasir dildə desəm demokratik cəmiyyətin bərqarar olduğu bir yer olub.Amma təssüflər olsunki ölkəmizin müstəqillik qazanmasından sonra və xüsüsən son 10 ildə cəmiyyətin dağılmasına,yaltağlığın artırılmasına dair mənfur insanların planları baş tutub.20 ilə yaxındı kəndin icra nümayəndəsi işləyən Allahverən Məmmədovun kəndə xeyrindən çox ziyanı dəyib.İcra nümayəndəsi olduğu müddətdə kənddə insanlar arasında nifaq,dövlətinə şərəflə xidmət edən insanlara qarşı mənfi fikirlər və nifrətin oyanmasına öz əməlləri ilə biləvasitə şərait yaratmışdır.Təsadufi deyilki Allahverən Məmmədovun vaxtında Veri ərazisində korrupsiya olayları(özündən vəzifədə yüksək məmurlarından adından istifadə edərək) pik həddə çatıb.Adicə bir məsələni diqqətinizə çatdırmaq istəyirəm.Təkcə Veri ərazi icra nümayəndəsinin müavini(katib) vəzifəsinə görə ərazidə ailələr arasında nifaq salınmasına,ərazinin nüfüzünün sıfıra enməsinə şərait yaratmışdır.Allahverən Məmmədov adi bir katib vəzifəsinə görə bəzi insanların şəxsi münasibətlərini elə təqdim edərək öz şəxsi məqsədləri üçün alət edib elə bir şərait yaratdıki guya Veri camaatı bu vəzifəyə görə bir-birini qırır.Halbuki kənd cammatına bu vəzifədə kimin işləməsinin fərqi yox idi.Çunki cammat öz qeyrətli oğlanlarına inanırdı.Bu cür xırda məsələni rayon səviyyəsinə qaldıraraq rayonda ərazinin nüfüzünün düşməsinin biləvasitə səbəbkarı oldu.
Təhsil millətin gələcəyidir.Məmmədovun ikinci şəristəsiz idarəçiliyi özünü təhsil sahəsində görsətdi.Kənd ərazisində fəaliyyət görsədən əksər məktəblərin bərbad vəziyyətdə olması Məmmədovu qətiyyən narahat etmirdi.Halbuki Məmmədov bunu rayon səviyyəsində qaldırıb məktəblərdə təhsil almaq üçün normal münbit şəraitin yaradılmasına köməklik edə bilərdi.Amma Məmmədov isə şəxsi ambisyalarına görə nənki narahat olmurdu hətta maneələr belə yaradırdı.Təsadüfi deyilki 4 minə yaxın əhalisi olan kəndin bircə fəaliyyət görsədən Uşaq baxçasına öz məqsədi üçün etdiyi diqqətsizliyə görə Uşaq Baxçasının bağlanmasına səbəbkar oldu.Təkcə o Uşaq Baxçasında 24 nəfər işləyən insanın işsiz qalmasına səbəbkar oldu.Məmmədov İcra Nümayəndiliyin binasının önündə yerləşən Uşaq Baxçası binasının yararsız vəziyyətdə olduğunu hər gün görməsinə baxmayaraq rəsmi şəkildə bu məsələni muafiq orqanlarda qaldırmamışdır.Buda sonda ölkəmizin gələcəyi olan balaca uşaqların məktəbəqədər hazırlıq təhsilindən məhrum edilməsinə və 24 nəfərin işsiz qalmasına səbəbkar oldu.İndi Məmmədov o uşaqlara bu şəristəsiz idarəçiliyinə görə və işsiz qalan 24 nəfərə cavab verə bilərmi???

 Davamı var