20 Aralık 2016 Salı

Mikayıl Cabbarovun adı ilə Ləman Babayevanı kim müdafiə edir - 26 saylı məktəbin kollektivinin etirazlarına niyə əhəmiyyət verilmir


Bir müddət əvvəl Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbdə direktor tərəfindən zorlandığını iddia edən, daha sonra isə işdən qovulan direktor müavini Ləman Babayeva başqa məktəbdə işə düzəlib. BakuNews.Az saytı xəbər verir ki, bakipost.az-a daxil olan məlumata görə, L. Babayeva Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən nüfuzlu məktəblərdən birində - İftixar Tağıyev adına 26№-li tam orta məktəbdə işə başlayıb.

Əldə etdiyimiz digər məlumatlarda deyilir ki, məktəbin kollektivi onun bura təyinat almasına etiraz edib. Müəllim və digər işçilər ərizə yazaraq narazılıqlarını ifadə ediblər, lakin ərizələri geri qaytarılıb. Məktəbdən L. Babayevanın işə düzəldiyi faktını saytımıza təsdiqləyiblər.

Xatırladaq ki, bir müddət öncə 230 nömrəli məktəbin direktoru Elşən Qafarov və müavini Ləman Babayeva zorlanma iddiası ilə mətbuatın gündəminə gəlmişdi. Belə ki, xanım müavin direktor E. Qafarov tərəfindən zorlandığını bildirirdi. Lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib. Mətbuatda yayılan məlumatlarda L. Babayevanın erməni əsilli olduğu da vurğulanırdı. Daha sonra isə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Elşən Qafarov və Ləman Babayeva işdən qovulmuşdu.

Elşən Qafarovun redaksiyamıza verdiyi məlumata görə isə onu işdən heç kəs qovmayıb o könüllü olaraq öz ərizəsi ilə işdən çıxıb. 

Əgər həqiqətən də Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə L.Babayev işdən azad edilibsə onun yenidən İftixar Tağıyev adına 26 saylı tam orta məktəbdə işə başlaması hansı əsasladır. Biraz dərindən düşündükdə isə nazirin əmrini təqzib edəcək qərarda qəbul etməsi heçdə həqiqətə uyğun deyildir.


Bütün bu olanları analiz etdikdə ortaya bir məqamda çıxır. Müəllimə statusu daşıyan bir xanım orta məktəbdə tədris keçdiyi şagirdlərin telefonlarında onun sərgüzəştlərinin fotosunun yayılması nə qədər düzgündür. Və bunun şagirdlərin psixologiyasına hansı əks təhsirin ola biləcəyi isə sual altındadır. Nazirin verdiyi qərarın quvədən salınmasına maraqlı şəxslər kimlərdir ki, bu qədər körpələrin təlim tərbiyəsində iştirakçı olan şəxslərin neqativlərini gizlətməkdədirlər.


Elşən Qafarov redaksiyamıza müsahibə verərək bildirmişdir ki, neqativ halların olmasına və sübutlu dəllilər nəticəsində BŞTİ-nin bütün bunlara susduğunu gördüyümə görə, təhsil ocağından uzaqlaşmağım zərurətinin olduğunu gördüm və həmin gün ərizəmi yazaraq işdən azad edilməyimi tələb etdim - deyə E.Qafarov bildirib.
E.Qafarov qeyd edib ki, məsələnin hörmətli nazir Mikayıl Cabbarova düzgün çatırılmaması məhs bu gün təhsilimizdə olan çatışmamazlıqların yaranmasına gətirib çıxarır. Mən 230 saylı məktəbdə baş verənləri cənab nazirə bildirmək istəsəmdə buna imkan verilməyib.








Mənbə: Bakunews.az

9 Aralık 2016 Cuma

Direktora qarşı oynanılmış çirkin oyun-5

Abdullayevlər ailəsinin yeni fırıldağı – Sergey Kavalenko Bakıdan niyə qaçdı ?




2016-cı ilin noyabr ayında ölkə məkbuatını zəbt etmiş olayla-Bakı şəhərində yerləşən Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarovun ətrafinda oynalımış çirkin oyunlarla bağlı mən də öz bloqumda bir neçə silsilə məqalələr verdim. Bu günlərdə QAFQAZNEWS.AZ saytında 9 iyul tarixində E.Qafarov tərəfindən zorlandığını iddia edən Ləman Babayeva,  hazırda  Buzovna qəsəbəsində yerləşən 26 saylı məktəbdə müəllim işlədiyini təsdiqləyərək, bildirib ki: “Mən iki yerdə işləyirəm, amma Elşən Qafarovu təhsil sistemindən siliblər. Onun kimi tərbiyəsiz, iş vaxtı içən, söyüş söyən adama təhsil sistemində yer yoxdur. Mənim guya yeni iş yerimdə də direktor müavini keçəcəyimlə bağlı söhbətlər onun uydurmasıdır. Belə bir şey olsa, çox sevinərəm, amma hazırda belə bir gözləntim yoxdur”. Demək məqsədləri Elşən Qafarovu sistemdən sildirmək imiş və göründüyü kimi buna nail də olublar.

Hər iki tərəfin dediyinə görə, bu hadisə Sergey Kavalenkonun məlum məktubundan sonra açıq müstəviyə keçib. Sergey Kavalenko kimdir? Onun Abdullayevlər ailəsi ilə nə kimi bağlılığı var? Elşən Qafarov Sergey Kavalenkonu haradan tanıyır? Bu və digər suallara bu məqaləmdə cavab axtarmağa çalışacam...




Aldığım məlumatlara əsasən Sergey Kavalenko Belarusiya Respublikasının vətəndaşıdır. Belarusiya Respublikasının Vitebsk şəhərində anası ilə birlikdə yaşayır. Subaydır. Bir müddət Çexiya Respublikasında yaşayıb və orada ali təhsil alıb. Müxtəlif ölkələrdən məktəblilərin Praqa şəhərində təşkil olunan yay və qış məktəblərinə cəlb olunması ilə məşğuldur. 2015-cu ildə Rusiya Federasiyasının Krosnodar vilayətinin Armavir şəhərinə (bu vilayət və şəhər ermənilərin Rusiyada kompakt yaşadığı ərazilərdən biridir. Hətta ermənilərin bir neçə dəfə Armavir şəhərinin adını dəyişərək, Yeni İrəvan adlandırmaq təşəbbüsləri də olmuşdu) Sergey Kavalenko Armavirdə Azər adlı şəxslə (Ləman Babayervanın dayısı) tanış olur. Azər Sergeyi dostları ilə (o cümlədən Armavirdə erməni diasporasının ən fəal üzvlərindən biri olan Sarkis və başqaları ilə) tanış edir. Sergeyin etibarını qazanaraq, guya qızının əməliyyat olunacağı və pullarının şəriki və yaxın dostu olan Sarkisdə olduğunu deyrərək, Sergeydən, qaytarmaq şərti ilə külli miqdarda pul alır. Daha sonra isə pulu qaytara bilmədiyini, Bakıda evi və qohumları olduğunu, Bakıya gedən kimi həmin evi satıb,  Sergeyin borcunu qaytaracağını bildirir. Skayp vasitəsi ilə Ləman Babayeva, anası Səhər Abdullayeva və qardaşı Vəfadar Abdullayevlə danışarkən, onlar Azərin doğru dediklərini,  Bakıya gələrsə onun borcunu qaytaracaqlarını bildirirlər. Azər qohumlarını inandırır ki, Sergey Bakıya gələn deyil. Belə desələr ona kömək etmiş olucaqlar. Sergey isə Armavirdə olduğu zaman Azərin yalnız ermənicə danışdığını, ətrafının erməni milliyətindən olan insanlar olduğunu görür  və bunu normal qəbul edir.

2015-ci ilin sentyabrında, heç kimin gözləmədiyi halda, Sergey Bakıya, daha doğrusu Buzovnaya gəlir. Və əvvəllər adı Anjella olan, 1989-cu ildə isə dəyişdirilərək Aliyəyə çevrilən Azərin anasının evinə gəlir. Yaşlanmış Anjella –Aliyə ilə bir otaqda yaşamağın mümkün olmadığını görən Sergey, Abdullayevlərin tövsiyəsi və  köməyi ilə yaxınlıqda bir həyət evini kirələyır. Onu inandırırlar ki, evi tezliklə satıb, borcunu qaytaracaqlar. Ləman Babayeva Sergeylə söhbət zamanı onun nə işlə məşğul olduğunu öyrənir və işlədiyi məktəbin direktoru Elşən Qafarovun çoxlu direktor tanışı olduğunu və Praqaya yay məktəblərinə Bakıdan məktəbliləri göndərməyin mümkünlüyünü bildirir. Tapşırılır ki, Azərlə bağlı bir kəlmə də direktora deyilməyəcək. Yeni iş qurmaq və pullarını geri qaytarmaq ümidində olan Sergey Ləmanla razılaşır. Sergey Kavalenko 8 ay Bakıda qalıb, yaşayır. Hətta Yeni ili də birlikdə qarşılayırlar.



Nə deyilən iş qurulur, nə də ki, Abdullayevlər onun pulunu qaytarırlar. Əlavə olaraq Vəfadar Abdullayev Sergeyin son pullarını - 55 min rublunu da, guya daha yaxşı məzənnəyə dəyişmək adı ilə alaraq, onu bir manatsız qoyur. Sergey isə pul tələb edib, onları polisə verəcəyi ilə hədələyəndə, Səhər Abdullayeva buranın Azərbaycan olduğunu və polisi pulla aldıqlarını  bildirir. Sergey Kavalenkonu aldadan Abdullayevlər, hələ üstəlik onu öldürdəcəkləri ilə də hədələyirlər. Pulsuz (kirayədə qaldığı evin qonşuları ona borc tapırlar) qalan Sergey, Abdullayevlər tərəfindən şərlənəcəyindən qorxaraq, gecə ilə Bakını və Azərbaycanı tərk etməli olur.

Sizə Sergeylə Ləman Babayeva, Səhər Abdullayeva, Vəfadar Abdullayev, o cümlədən Azər Nəcəfovun yazışmaları və danışıqlarını təqdim edirəm.














2 Aralık 2016 Cuma

136 nömrəli məktəbdə nə baş verir???

                                       Kimdir separatçılıq edən???




Azərbaycanda istənilən sahədə problemin olduğu hamımıza aydındır. Təssuflər olsun ki, mətbuat da bu sıradan kənarda deyil və çox acınacaqlı bir durumdadır. Mətbuatda yalana, böhtana və ən əsası əsaslandırılmamış informsiyalara hər gün rast gəlirik. İş o həddə çatıb ki, bəzi xəbər portalları, bəzi saytlar kimlərinsə əlində oyuncağa çevrilib. Daha dərinə gedəndə məlum olur ki, kiminsə haqqında şər və böhtan dolu yazı yazdırmaq lazımdırsa, belə xəbər saytlarına müəyyən məbləğ verməklə buna nail olmaq olar. Hətta elə insanlar haqqında şər-şəbədə yazırlar ki, onlar daima bu ölkəyə xidmət edib və indi də xidmət edirlər.

Təssüflə qeyd edirəm ki, Azərbaycanda təhsil sahəsində özünəməxsus xidmətləri olan insanlar belə şər və böhtan dolu “xəbərlərdən” sığortalanmayıblar. Belə insanlardan biri də 136 saylı məktəbin direktoru Eldəniz Əkbərovdur.


Eldəniz Əkbərov 13.07.1976-cı ildə Lerik rayonun Biləband kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsində oxuyub. 2001-ci ildən 149 saylı məktəbdə “Azərbaycan dili və Ədəbiyyatı” müəllimi kimi fəaliyyətə başlayıb. 2005-2016-ci illərdə həmin məktəbdə Təlim-Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Bir müddət öncə - 1 sentyabr 2016-ci ildə Təhsil Nazirinin qərarı ilə 136 saylı məktəbə direktor təyin olunmuşdur. Eldəniz Əkbərov 2012-ci ildə Azərbaycan Prezidentinin qərarı ilə Təhsil sahəsindəki xidmətlərinə görə “TƏRƏQQİ” medalı ilə təltif olunmuşdur. Qardaşı Vidadi Əkbərov  Lerik Rayon Polis Şöbəsində işləyir və həmdə Fizülidə, Ağdamda və Cəbrayılda 2 il gedən döyüşlərdə  iştirak etmiş,müharibə veteranı və Qarabağ qazisidir.Qardaşı oğlu da hal-hazırda cəbhə bölgəsində vətənə xidmət edir.

Eldəniz Əkbərov haqqında “Gündəlik Bakı” qəzeti 16.09.2016-ci il tarixdə “136 saylı məktəbin direktorunun gecə görüşü”(http://gundelik-baku.com/index.php?newsid=48828), 03.10.2016-ci il tarixdə “Separatçı Əlikram Hümbətovun qohumları və onu dəstəkləyənlər iş başında”(http://gundelik-baku.com/index.php?newsid=49491),  24.11.2016-ci ildə “136 saylı məktəbin direktoru Əlikram Hümbətovun fəal tərəfdarıdır”(http://gundelik-baku.com/index.php?newsid=54106) başlıqlı 3 şər və böhtan dolu məqalə vermişdir.

Birinci məqaləsində müəllif qeyd edir ki, “Eldəniz Əkbərov axşam saatlarında valideynlərlə görüşür və bu valideynlərə heç də elə belə başa gəlmir”.Açıq da olmasa, müəllif demək istəyir ki, bu hansısa məbləğ və yaxud da vəsait hesabına başa gəlir. Amma konkret olaraq buna sübut kimi heç nə görsədə bilmir. Çünki belə bir hadisə baş vermədiyi elə müəllifin sübüt və əsas gətirməməsindən də görsənir. Müəllif bir şeyi unudub ki,məktəbin nəznində həftənin 1,2,6 günlər  axsam saat 17:15-21:00 arası qiyabi quruplar təhsil alır.Bu saatda sözsüz ki məktəb direktoru iş başındadır  və nəzərə alsaq 450-dən artıq şagirdin qiyabi quruplarda təhsil alması və onların  valideynlərinin  bu vaxtda məktəbə gəlməsi təbidir.

Birinci məqalənin heç bir ajotaj doğurmadığını görən müəllif, ikinci məqaləsində məktəb direktorunu Əlikram Hümbətovla bağlayır. Müəllif qeyd edir ki, «136 saylı orta məktəbin direktoru Eldəniz Əkbərov 149 nömrəli orta məktəbdə Nazim Qardaşovla bir yerdə çalışıb. Belə ki, Nazim Qardaşov hazırda 149 saylı orta məktəbdə cəbr, həndəsə və riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Deyilənlərə görə, separatçı Əlikram Hümbətovun yaxın qohumlarından olan Nazim Qardaşov məhz Eldəniz Əkbərovun vasitəsilə 136 saylı orta məktəbin direktor müavini vəzifəsinə təyinat almaq üzrədir.

Halbüki direktorları Təhsil Naziri, müavinləri isə Bakı şəhəri üzrə Təhsil İdarəsi təyin edir və direktorlar buna heç cür qarışa bilmir. İkincisi, Nazim Qardaşovun Əlikram Hümbətovla heç bir qohumluq əlaqəsi yoxdur.

Müəllif yazısında qeyd edir ki, «Deyilənlərə görə, Nazim Qardaşovun yaxın qohumlarından olan Telman Qardaşov isə Xətai rayonunda yerləşən 171 saylı orta məktəbin direktorudur. O da bildirilir ki, Nazim Qardaşov separatçı Əlikram Hümbətov «Talış Muğan Respublikası» yaratmağa çalışdığı dönəmlərdə onun ən fəal tərəfdarlarından biri olub. Ümumiyyətlə, Qardaşovlar separatçı Əlikram Hümbətova hələ də xüsusi simpatiya bəsləyirlər. Deyilənlərə görə, onlar separatçı Əlikram Hümbətova həyətlərində və ya digər «münasib» bir yerdə heykəl qoymağı planlaşdırırlar. Bu isə onu deməyə əsas verir ki, Nazim Qardaşov və onunla əlbir olan şəxslər birbaşa separatçılığı dəstəkləyirlər». 

Belə bir halın olması mümkünsüzdür. Çünki Azərbaycanda belə məsələlərdə Milli Təhlükəsizlik Orqanlarının fəaliyyətini nəzərə alsaq buna heç vaxt imkan verməzlər. Heç belə bir adamın hansısa vəzifədə işləməsinə belə imkan verməzlər. Eldəniz Əkbərov ölkə başçısı tərəfindən təhsil sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.Həmdə Eldəniz Əkbərovun 1993-cü il hadisələri zaman orta məktəb şagirdi olub.Bunun da yalan olduğu açıq-aşkar görünür.

İkinci məqaləsinin də heç bir nəticə vermədiyini görən müəllif şər-böhtan kampaniyasını davam eləyir. Üçüncü məqaləsində isə müəllif qeyd edir ki, Eldəniz Əkbərov həmyerlilərini, yəni əslən Lerik rayonundan olanları ətrafına yığır. Burdan açıq-aşkar görsənir ki, müəllifin savad baxımından problemi var. Azərbaycanda hər kəs bilir ki, müəllimlər Təhsil Nazirliyi tərəfindən imtahanlarnan işə qəbul olunur. Açıq-aşkar görsənir ki, müəllif şər-böhtan atmaq üçün bütün vasitələrə əl atır. İkinci tərəfdən müəllif özü milli ayrı-seçkiliyə yol verir. Çünki müəllimlərin imtahanlarnan qəbul olunduğunu nəzərə alsaq və bir məktəbdə bu imtahanlar vasitəsiylə 4-5 Lerikdən olan müəllimin işləməsi normaldır. Burdan da açıq aydın görünür ki, müəllifdə talışlara qarşı antipatiya var və o, hər vəclə məktəb direktoruna, onun milli kimliyini xüsusi qara rənglə qabardaraq şər-böhtan atmaqla, Azərbaycandakı sabit tolerant mühitə zərbələr vuraraq, bu mühütin pozulmasına xüsusi səylər göstərir. Ümüdvar olmaq istərdim ki, müəllif və qəzet rəhbərliyi hər üç yazıya görə aidiyyatı orqanlara dəvət ediləcəklər və onlardan, onların milli münasibətləri korlamaq istəkləri və bu istəyin mənbəyi soruşulacaq, çünki bu cür faşist düşüncələrin mənbəyinin araşdırılması zərurəti var. Bu cür bədxassəli şişləri vaxtında kəsməsək, Azərbaycanın tolerantlığı zərbə altına düşə bilər.

Müəllifin 3 məqaləsinin şər,böhtan və sifarişli olduğu açıq aşkar görünür.Sifariş verənlərdə hal-hazırda Təhsil sahəsində heç uğuru olmayan və Təhsil sahəsindəki fədailərin uğurlarını həzm edə bilməyən insanlardır.Hətta sifariş verənlər daha da irəli gedərək sosial şəbəkələr üzərindən saxta profillərnən  təbliğat aparırlar.Artıq belə mənfur insanlar haqqında araşdırmalar gedir və gedişatı tam olaraq mətbuata təqdim edəcəyik.