2 Aralık 2016 Cuma

136 nömrəli məktəbdə nə baş verir???

                                       Kimdir separatçılıq edən???




Azərbaycanda istənilən sahədə problemin olduğu hamımıza aydındır. Təssuflər olsun ki, mətbuat da bu sıradan kənarda deyil və çox acınacaqlı bir durumdadır. Mətbuatda yalana, böhtana və ən əsası əsaslandırılmamış informsiyalara hər gün rast gəlirik. İş o həddə çatıb ki, bəzi xəbər portalları, bəzi saytlar kimlərinsə əlində oyuncağa çevrilib. Daha dərinə gedəndə məlum olur ki, kiminsə haqqında şər və böhtan dolu yazı yazdırmaq lazımdırsa, belə xəbər saytlarına müəyyən məbləğ verməklə buna nail olmaq olar. Hətta elə insanlar haqqında şər-şəbədə yazırlar ki, onlar daima bu ölkəyə xidmət edib və indi də xidmət edirlər.

Təssüflə qeyd edirəm ki, Azərbaycanda təhsil sahəsində özünəməxsus xidmətləri olan insanlar belə şər və böhtan dolu “xəbərlərdən” sığortalanmayıblar. Belə insanlardan biri də 136 saylı məktəbin direktoru Eldəniz Əkbərovdur.


Eldəniz Əkbərov 13.07.1976-cı ildə Lerik rayonun Biləband kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsində oxuyub. 2001-ci ildən 149 saylı məktəbdə “Azərbaycan dili və Ədəbiyyatı” müəllimi kimi fəaliyyətə başlayıb. 2005-2016-ci illərdə həmin məktəbdə Təlim-Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Bir müddət öncə - 1 sentyabr 2016-ci ildə Təhsil Nazirinin qərarı ilə 136 saylı məktəbə direktor təyin olunmuşdur. Eldəniz Əkbərov 2012-ci ildə Azərbaycan Prezidentinin qərarı ilə Təhsil sahəsindəki xidmətlərinə görə “TƏRƏQQİ” medalı ilə təltif olunmuşdur. Qardaşı Vidadi Əkbərov  Lerik Rayon Polis Şöbəsində işləyir və həmdə Fizülidə, Ağdamda və Cəbrayılda 2 il gedən döyüşlərdə  iştirak etmiş,müharibə veteranı və Qarabağ qazisidir.Qardaşı oğlu da hal-hazırda cəbhə bölgəsində vətənə xidmət edir.

Eldəniz Əkbərov haqqında “Gündəlik Bakı” qəzeti 16.09.2016-ci il tarixdə “136 saylı məktəbin direktorunun gecə görüşü”(http://gundelik-baku.com/index.php?newsid=48828), 03.10.2016-ci il tarixdə “Separatçı Əlikram Hümbətovun qohumları və onu dəstəkləyənlər iş başında”(http://gundelik-baku.com/index.php?newsid=49491),  24.11.2016-ci ildə “136 saylı məktəbin direktoru Əlikram Hümbətovun fəal tərəfdarıdır”(http://gundelik-baku.com/index.php?newsid=54106) başlıqlı 3 şər və böhtan dolu məqalə vermişdir.

Birinci məqaləsində müəllif qeyd edir ki, “Eldəniz Əkbərov axşam saatlarında valideynlərlə görüşür və bu valideynlərə heç də elə belə başa gəlmir”.Açıq da olmasa, müəllif demək istəyir ki, bu hansısa məbləğ və yaxud da vəsait hesabına başa gəlir. Amma konkret olaraq buna sübut kimi heç nə görsədə bilmir. Çünki belə bir hadisə baş vermədiyi elə müəllifin sübüt və əsas gətirməməsindən də görsənir. Müəllif bir şeyi unudub ki,məktəbin nəznində həftənin 1,2,6 günlər  axsam saat 17:15-21:00 arası qiyabi quruplar təhsil alır.Bu saatda sözsüz ki məktəb direktoru iş başındadır  və nəzərə alsaq 450-dən artıq şagirdin qiyabi quruplarda təhsil alması və onların  valideynlərinin  bu vaxtda məktəbə gəlməsi təbidir.

Birinci məqalənin heç bir ajotaj doğurmadığını görən müəllif, ikinci məqaləsində məktəb direktorunu Əlikram Hümbətovla bağlayır. Müəllif qeyd edir ki, «136 saylı orta məktəbin direktoru Eldəniz Əkbərov 149 nömrəli orta məktəbdə Nazim Qardaşovla bir yerdə çalışıb. Belə ki, Nazim Qardaşov hazırda 149 saylı orta məktəbdə cəbr, həndəsə və riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Deyilənlərə görə, separatçı Əlikram Hümbətovun yaxın qohumlarından olan Nazim Qardaşov məhz Eldəniz Əkbərovun vasitəsilə 136 saylı orta məktəbin direktor müavini vəzifəsinə təyinat almaq üzrədir.

Halbüki direktorları Təhsil Naziri, müavinləri isə Bakı şəhəri üzrə Təhsil İdarəsi təyin edir və direktorlar buna heç cür qarışa bilmir. İkincisi, Nazim Qardaşovun Əlikram Hümbətovla heç bir qohumluq əlaqəsi yoxdur.

Müəllif yazısında qeyd edir ki, «Deyilənlərə görə, Nazim Qardaşovun yaxın qohumlarından olan Telman Qardaşov isə Xətai rayonunda yerləşən 171 saylı orta məktəbin direktorudur. O da bildirilir ki, Nazim Qardaşov separatçı Əlikram Hümbətov «Talış Muğan Respublikası» yaratmağa çalışdığı dönəmlərdə onun ən fəal tərəfdarlarından biri olub. Ümumiyyətlə, Qardaşovlar separatçı Əlikram Hümbətova hələ də xüsusi simpatiya bəsləyirlər. Deyilənlərə görə, onlar separatçı Əlikram Hümbətova həyətlərində və ya digər «münasib» bir yerdə heykəl qoymağı planlaşdırırlar. Bu isə onu deməyə əsas verir ki, Nazim Qardaşov və onunla əlbir olan şəxslər birbaşa separatçılığı dəstəkləyirlər». 

Belə bir halın olması mümkünsüzdür. Çünki Azərbaycanda belə məsələlərdə Milli Təhlükəsizlik Orqanlarının fəaliyyətini nəzərə alsaq buna heç vaxt imkan verməzlər. Heç belə bir adamın hansısa vəzifədə işləməsinə belə imkan verməzlər. Eldəniz Əkbərov ölkə başçısı tərəfindən təhsil sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.Həmdə Eldəniz Əkbərovun 1993-cü il hadisələri zaman orta məktəb şagirdi olub.Bunun da yalan olduğu açıq-aşkar görünür.

İkinci məqaləsinin də heç bir nəticə vermədiyini görən müəllif şər-böhtan kampaniyasını davam eləyir. Üçüncü məqaləsində isə müəllif qeyd edir ki, Eldəniz Əkbərov həmyerlilərini, yəni əslən Lerik rayonundan olanları ətrafına yığır. Burdan açıq-aşkar görsənir ki, müəllifin savad baxımından problemi var. Azərbaycanda hər kəs bilir ki, müəllimlər Təhsil Nazirliyi tərəfindən imtahanlarnan işə qəbul olunur. Açıq-aşkar görsənir ki, müəllif şər-böhtan atmaq üçün bütün vasitələrə əl atır. İkinci tərəfdən müəllif özü milli ayrı-seçkiliyə yol verir. Çünki müəllimlərin imtahanlarnan qəbul olunduğunu nəzərə alsaq və bir məktəbdə bu imtahanlar vasitəsiylə 4-5 Lerikdən olan müəllimin işləməsi normaldır. Burdan da açıq aydın görünür ki, müəllifdə talışlara qarşı antipatiya var və o, hər vəclə məktəb direktoruna, onun milli kimliyini xüsusi qara rənglə qabardaraq şər-böhtan atmaqla, Azərbaycandakı sabit tolerant mühitə zərbələr vuraraq, bu mühütin pozulmasına xüsusi səylər göstərir. Ümüdvar olmaq istərdim ki, müəllif və qəzet rəhbərliyi hər üç yazıya görə aidiyyatı orqanlara dəvət ediləcəklər və onlardan, onların milli münasibətləri korlamaq istəkləri və bu istəyin mənbəyi soruşulacaq, çünki bu cür faşist düşüncələrin mənbəyinin araşdırılması zərurəti var. Bu cür bədxassəli şişləri vaxtında kəsməsək, Azərbaycanın tolerantlığı zərbə altına düşə bilər.

Müəllifin 3 məqaləsinin şər,böhtan və sifarişli olduğu açıq aşkar görünür.Sifariş verənlərdə hal-hazırda Təhsil sahəsində heç uğuru olmayan və Təhsil sahəsindəki fədailərin uğurlarını həzm edə bilməyən insanlardır.Hətta sifariş verənlər daha da irəli gedərək sosial şəbəkələr üzərindən saxta profillərnən  təbliğat aparırlar.Artıq belə mənfur insanlar haqqında araşdırmalar gedir və gedişatı tam olaraq mətbuata təqdim edəcəyik.



Mövzu diqqətimizdədir.

2 yorum: