24 Kasım 2016 Perşembe

Direktora qarşı oynanılmış çirkin oyun-4

        Xeyrullanın Ləmanın əlində oyuncağa çevrilməsi…


Ləman Babayeva 2007-ci ildən, Xeyrulla Haqverdiyev isə 2015-ci ilin aprelin 1-dən 230 saylı məktəbdə işləyirlər. X.Haqverdiyev Təhsil Nazirliyinin apardığı  “uğurlu” kadr siyasətinin məhsuludur. Belə ki, direktor müavinləri üçün 2015–ci ilin martında təşkil olunan imtahanda ən yüksək bal toplayıb və arzusuna əsasən 230 saylı məktəbə göndərilib. Buna qədər isə 3 il (2010-2013) Astara rayonunda müəllim işləyib, 2013-cu ilin sentyabrında “Müəllimlərin işə qəbulu müsabiqəsində  göstərdiyi nəticələrə görə” Hacuqabul rayonuna müəllim təyin olunub və 2014-cü ilin aprelin 1-nə qədər Hacuqabul rayonunda müəllim kimi fəaliyyətini davam etdirib. Bakı şəhərində müəllim işləmək üçün həmin müsabiqədəki yüksək keçid balını keçə bilmədiyi üçün Bakıda olan məktəblərə düşə bilməyib. X. Haqverdiyev Sabunçu rayonunun Ramanı qəsəbəsində valideyinləri ilə birlikdə yaşayır. Ailəlidir. Maraqlıdır, 2 dəfə imtahan verərək Bakı şəhərində yerləşən məktəblərin keçid balını toplaya bilməyən  Xeyrulla müəllim hansısa “xeyirli” işlərinə görə  “direktor müavinlərinin işə qəbulu müsabiqəsində” ən yüksək bal toplayır və sosial şəbəkə üzərindən az-çox tanınan 230 saylı məktəbə müavin göndərilir. (bu müsabiqənin özü də, adı da - cəmi 3 il 6 ay peqaqoji təcrübəyə malik, ucqar bir məktəbdə yeganə Azərbaycan dili və Ədəbiyyatı müəllimi olan bir şəxsi təcili Bakıda yerləşən bir məktəbə təşkilat işləri üzrə direktor müavini gətirməsi qədər GÜLÜNCDÜR. Bu məsələ başqa bir müzakirənin mövzusudur.)
Keçək iki müavinin  birləşərək, məktəb direktorunu işdən azad etdirmələrinə .......


Tezliklə məlum olur ki, təşkilat işləri üzrə direktor müavini təyin olunan  X.Haqverdiyev nəinki idarəetmədən və təyin olunduğu işdən bixəbərdir, hələ üstəlik psixi problemləri olan bir şəxsdir. Təbiətcə sakit görünən Xeyrulla müəllim, istər müəllimlərlə, istərsə də şagirdlərlə ən kiçik situasiyada depresiyaya düşür, heç kimi danışdırmır və s. Amma direktorun  verdiyi bütün tapşırıqlara “Bəli”, “Baş üstə” və s  ilə cavab verərək, yola verir.  Əldə etdiyim məlumatlara görə bu yolla göndərilən kadrların tam əksəriyyətinə BŞTİ-dən deyilir ki, sizin əsas vəzifəniz məktəbdə baş verənləri operativ olaraq idarədə lazımı şöbələrə çatdırmaqdır. Təhsildə “cəsus” sistemi )))) Yenə gülüncdür. Yəqin ki, təhsil sisteminin hüquqşunaslar tərəfindən idarə olunmasından irəli gəlir bu “sistem”.

Məktəbdə ümumi işin pozulmaması üçün “qeyri-leqal” təşkilat işləri üzrə direktor müavini təyin olunur. Bu iş 2015-ci ildə Xızı rayonundan yerdəyişmə ilə məktəbə gələn coğrafiya müəlliminə həvalə olunur. Və Xeyrulla müəllimə də tapşırılır ki, həmin müəllimdən işi öyrənsin. Həmin müəllimə, deyilənə görə, əvvəllər işlədiyi məktəbdə təşkilat işləri üzrə direktor müavini imiş. Bu addım Ləman  Babayevanın xoşuna gəlmir və bunu açıb –ağartmasa da, Xeyrulla Haqverdiyevlə yaxınlaşır. Bu yaxınlaşma o qədər “isti” olur ki, hətta 2016-cı ilin mart ayında X.Haqverdiyev Kapital Bankdan Ləman Babayevanın götürdüyü 5000 AZN-ə  və 2016-cı ilin aprel ayında, yenə Ləman Babayevanın Chevrolet  şirkətindən aldığı maşına görə 26 000 manata zamin durur.




Elşən Qafarova Sergey Kavalenkodan məlum məktub daxil olan kimi, (bu məktubla tanışsınız. Həmin məktub barədə və Abdullayevlər ailəsinin Sergey Kavalenko ilə ilişgiləri haqqında növbəti məqalələrimdə məlumat verəcəyəm) X.Haqverdiyeva  bildirir ki, ehtiyatlı olsun, tanımamışıq bu ailə onu da aldada bilər. X.Haqverdiyev L.Babayevanın ifşa olunduğunu, onun işdən gedə biləcəyini görüb, 30 000 AZN-ə zaminlikdən onu çıxatmağı tələb edir. X.Haqverdiyevin anası bir neçə dəfə L.Babayeva ilə telefonla danışır. Hətta görüşüb, yaranmış vəziyyəti müzakirə edirlər. L.Babayeva  əvvəlcə Xeyrullanın anasına bildirir ki, o, Xeyrullanı tanımır və direktor onun üçün onu zamin tapıb!? (təbii ki, Ləmana yaraşan üslubdur). Daha sonra tələb edir ki, Haqverdiyevlər ailəsi Elşən Qafarovdan təhsil nazirliyinə, ayrı-ayrı təşkilatlara şikayət etsinlər, onda zaminlikdən  Xeyrullanı azad edəcək. Ləman Babayevanın əlində çarəsiz qalan bu ailənin, onun tələblərini yerinə yetirməkdən başqa yolu qalmır. Bu məsələ də zorlanma məsələsi kimi ağ yalan  və quru böhtandan başqa bir şey deyil. Haqverdiyevlərin şikayətlərinin səmərə vermədiyini görəmn Ləman Babayeva Xeyrulladan tələb edir ki, o, işə, büllüten götürərək, çıxmasın,. Üstəlik bildirir ki. Bülletenə çıxmaq üçün tanış həkimi yoxdursa, bu məsələdə də köməklik edə bilər. Özü isə növbəti əmək məzuniyyət müddəti bitən kimi (14 sentyabrda) bülletenə çıxacaq. X.Haqverdiyev 21 saylı BŞX-nın baş həkimi ilə “razılaşır” və 57 gün müddətində ambulator qaydada müalicə olunması və əmək qabiliyyətini müvəqqəti itirməsi haqqında sənəd “alır”. 

23 noyabrda 230 saylı məktəbdə  “Narkomaniyaya qarşı mübarizə” adlı tədbir keçirilir. Tədbirə şəxsən Xəzər RPİ –nin rəisi, polkovnik Azər Muradov gəlir. (Maraqlıdır, Xəzər rayonunun az qala hər bir məktəbndə keçirilən bu tədbirlərin heç birində Azər Muradov şəxsən iştirak etməyib. Görünür onu 230 saylı məktəbə aparan “qüvvə” çox güclüdür.) Tədbirə gecikməsinə baxmayaraq, rəis direktoru otağına çəkərək, Ləman Babayevanın niyə işə gəlmədiyini soruşur. Bütün tədbir boyu isə özünü çox əsəbi vəaqressiv aparır.

24 noyabr ... Ləman Babayeva məktəbə gəlir və müəllimlərin yanında elan edir ki: “Məni bura Azər müəllim göndərdi,dedi get otur orda, mən arxanda durmuşam” Amma nədənsə bülleteni 25 noyabrda  “bağlatdırır”. Yəqin ki, kollektivin onun atdığı addımlara 30 avqustdakı münasibətindən təkrarlanmasından qorxurmuş .....

15 noyabr  Təhsil Nazirliyi və BŞTİ  uzun sürən sükütdan sonra  Elşən Qafarovun  10 noyabr tarixindən, Ləman Babayevanın isə 15 noyabrdan  “könüllü” ərizələrinə əsasən işdən azad olmaları haqqında məlumat verir. Maraqlı burasındadır ki, Elşən Qafarov hətta müəllimlikdən azad olunur. Ləman Babayeva isə başqa məktəbdə müəllim saxlanılır......

P.S. Aldığım informasiyaya  əsasən Ləman Babayeva oxuduğu məktəbə- Buzovna qəsəbəsində yerləşən 26 saylı orta məktəbə  müəllim göndərilib. Bu xəbəri eşidən məktəb kollektivi 23 noyabr tarixdə L.Babayevanı böyük izdihamla məktəbdən qovublar. Bakı Təhsil İdarəsi  L.Babayevanı Albalı qəsəbəsində yerləşən 322 saylı orta məktəbə göndərsə də, orada da böyük narazılıq baş verib. Kollektivin etirazı nəticəsində L.Babayeva məktəbin həyətindən qovulub. Bu dəfə onu Binə qəsəbəsində yerləşən 149 saylı məktəbə göndərmək istəyiblər. Bu məktəbdə də müəllimlərin sərt etirazı baş verib. Bakı Təhsil İdarəsi isə Ləman Babayevanı yerləşdirmək üçün məktəb axtarır. Maraqlıdır, keçən müddət ərzində yaranmış vəziyyətlə bağlı  bir dəfə də 230 saylı məktəbin qapısından  içəri girməyən təhsil nazirliyi və BŞTİ əməkdaşları Ləman Babayevanı hansısa məktəbə sırımaq üçün dəridən–qabıqdan çıxırlar. Heç bir məktəbin müəllimləri isə belə bir insanı öz aralarında görmək istəmir .

.......Növbəti məqaləmdə Ləman Babayevanı Təhsil Nazirliyində və Bakı şəhəri Təhsil İdarəsində kimlər tərəfindən və hansı səbəbə dəstəklənməsini açıqlayacam...




















Hiç yorum yok:

Yorum Gönder