13 Kasım 2016 Pazar

İcra nümayəndəliyin 20 illik şousu

Bəzən insan həqiqqətləri yazanda bir dirəniş nöqtəsi olur.Xususən kənddə doğulmusansa o kənddə baş verən haqsızlıqları yazanda insanın önünə manelər çıxır.Hansısa haqsızlığı yazanda “O,sənin qohumdu və sənə yaraşmaz o insanı rüsvay etməyin” kimi fikirlərnən rastlaşırsan.Amma həqiqəti yazmaq nə qohumluq, nədəki tanışlığ münasibətinə baxmaz.Amma mənim üçün haqq,ədalət,şəffaflıq daima ən yaxınlarımdan belə önəmli olub.Çünki indiki dövrdə yaltağların sayı çox,haqqı deyənlərin sayı isə çox azdır.Xüsüsəndə kənd yerində yaşayırsansa bu daha özünü qabarıq şəkildə görsədir.
Azərbaycan adlı vətənimizin qayğısına qalmaq hamımızın börcüdür.Məmuru,hərbiçisi,müəllimi,həkimi,jurnalisti,fəhləsi və bir sözlə hamı bu vətəni qorumalıdır.Vətəni qorumaq təkcə silah tutub vətən torpaqları uğrunda vuruşmaq deyil.Hər kəs öz sahəsində vətəninə xidmət etməyi özünə şərəf bilməlidir.Biz bilirikmi???
Doğulduğum Lerik Rayonun Veri ərazisi (Veri,Babakücə,Küsəkaran,Əliabad,Qələbin) əsrlər boyu daima fərqli fikirlərin,yəni müasir dildə desəm demokratik cəmiyyətin bərqarar olduğu bir yer olub.Amma təssüflər olsunki ölkəmizin müstəqillik qazanmasından sonra və xüsüsən son 10 ildə cəmiyyətin dağılmasına,yaltağlığın artırılmasına dair mənfur insanların planları baş tutub.20 ilə yaxındı kəndin icra nümayəndəsi işləyən Allahverən Məmmədovun kəndə xeyrindən çox ziyanı dəyib.İcra nümayəndəsi olduğu müddətdə kənddə insanlar arasında nifaq,dövlətinə şərəflə xidmət edən insanlara qarşı mənfi fikirlər və nifrətin oyanmasına öz əməlləri ilə biləvasitə şərait yaratmışdır.Təsadufi deyilki Allahverən Məmmədovun vaxtında Veri ərazisində korrupsiya olayları(özündən vəzifədə yüksək məmurlarından adından istifadə edərək) pik həddə çatıb.Adicə bir məsələni diqqətinizə çatdırmaq istəyirəm.Təkcə Veri ərazi icra nümayəndəsinin müavini(katib) vəzifəsinə görə ərazidə ailələr arasında nifaq salınmasına,ərazinin nüfüzünün sıfıra enməsinə şərait yaratmışdır.Allahverən Məmmədov adi bir katib vəzifəsinə görə bəzi insanların şəxsi münasibətlərini elə təqdim edərək öz şəxsi məqsədləri üçün alət edib elə bir şərait yaratdıki guya Veri camaatı bu vəzifəyə görə bir-birini qırır.Halbuki kənd cammatına bu vəzifədə kimin işləməsinin fərqi yox idi.Çunki cammat öz qeyrətli oğlanlarına inanırdı.Bu cür xırda məsələni rayon səviyyəsinə qaldıraraq rayonda ərazinin nüfüzünün düşməsinin biləvasitə səbəbkarı oldu.
Təhsil millətin gələcəyidir.Məmmədovun ikinci şəristəsiz idarəçiliyi özünü təhsil sahəsində görsətdi.Kənd ərazisində fəaliyyət görsədən əksər məktəblərin bərbad vəziyyətdə olması Məmmədovu qətiyyən narahat etmirdi.Halbuki Məmmədov bunu rayon səviyyəsində qaldırıb məktəblərdə təhsil almaq üçün normal münbit şəraitin yaradılmasına köməklik edə bilərdi.Amma Məmmədov isə şəxsi ambisyalarına görə nənki narahat olmurdu hətta maneələr belə yaradırdı.Təsadüfi deyilki 4 minə yaxın əhalisi olan kəndin bircə fəaliyyət görsədən Uşaq baxçasına öz məqsədi üçün etdiyi diqqətsizliyə görə Uşaq Baxçasının bağlanmasına səbəbkar oldu.Təkcə o Uşaq Baxçasında 24 nəfər işləyən insanın işsiz qalmasına səbəbkar oldu.Məmmədov İcra Nümayəndiliyin binasının önündə yerləşən Uşaq Baxçası binasının yararsız vəziyyətdə olduğunu hər gün görməsinə baxmayaraq rəsmi şəkildə bu məsələni muafiq orqanlarda qaldırmamışdır.Buda sonda ölkəmizin gələcəyi olan balaca uşaqların məktəbəqədər hazırlıq təhsilindən məhrum edilməsinə və 24 nəfərin işsiz qalmasına səbəbkar oldu.İndi Məmmədov o uşaqlara bu şəristəsiz idarəçiliyinə görə və işsiz qalan 24 nəfərə cavab verə bilərmi???

 Davamı var

Hiç yorum yok:

Yorum Gönder