23 Temmuz 2016 Cumartesi

Müəllimin dəyəri



Ataların belə bir sözü var:Müəllim ikinci valideyndir. Həqiqətən insan özünü dərk etdikcə bu sözün dərin mənasını başa düşməyə çalışır. Məktəbə ilk qədəm qoyduğun gün səni əzizləyən, əlindən tutaraq sənə ana, vətən sözlərini yazdırmağa çalışan ali varlığdı. Amma məktəbdə ilk təhsil almağa başladığında sözsüz ki, muəllimin işini, vəzifəsini və mahiyyətini başa düşmürsən. Amma illər keçdikcə, sinifləri bir bir qalxdıqca, sənə min bir əziyyətlə nəyisə öyrətməyə çalışdığında yavaş-yavaş müəllimin necə dəyərli olduğunu anlayırsan. Muəllim olmaq, muəllim adını daşımaq çox çətin və çox şərəfli bir peşədir. Muəllim peşəsi, bağbanın bir balaca budağı əkib və min bir əziyyətlə böyüdüb bar gözləməsinə bənzəyir. Oda isti, soyuq baxmadan əziyyətlə şagirdi oyrədib, onun ali savad və ən əsası cəmiyyətə ziyalı bir insan olmasını gözləyər və bunun gecəsini gündüzünə qataraq bu ali məqsəd üçün çalışarlar. Muəllim üçün fərq eləməz, şəraiti yüksək bir təhsil ocağı olsun yoxsa damı uçuq bir bina olsun. Əsas məqsədinə nail olmaq üçün əziyyət çəkərlər.
Belə bir deyimdə varki bir toplumu əgər rahat idarə eləmək istəyirsənsə onun düşünən beyinlərini məhv etməlisən. Cəmiyyətin də düşünən beyni müəllim və onun cəmiyyətə min bir zülmlə bəxş etdiyi ziyalılardır. Bu məqamda təəssüf hissi ilə qeyd etmək istəyirəm ki canımız qədər sevdiyimiz ölkəmizdə bu vəziyyət hökm sürür.Baxmayaraq ki xalqın iradəsi ilə seçilmiş ilk milli hökumətimiz muəllimlərə çox böyük qiymət verirdi. Amma çox əfsuslar olsun ki milli hökumətimizi saxlaya bilmədik. Ölkəmizdə Padişahlar dövrü başladı. Padişahlar da ölkəni rahat idarə etmək üçün cəmiyyətdə müəllim dəyərini məhv etməyə başladılar. Ölkəni korrupsiya batağlığına sürükləyib ali düşüncəli, cəmiyyətin ziyalı təbəqəsini, düşünən beyinləri və muəllim adını şərəflə daşıyan insanları sıradan çıxarmağa başladılar. Axı bu cur addım padşahın taxtındakı omrunu dahada uzadırdı. Ali təhsil almağ arzusuyla gecəsini gündüzünə qatan gənclərin qabağına helə o ali təhsil ocağlarında təhsili yox, rüşvəti qoydular. Cəmiyyətin beyninə yeritmək istədilə ki, sən ali təhsili zəhrimara qalmış rüşvətnəndə ala bilərsən. Bunun üçün də müəllim adını şərəflə daşıyan insanların kimisini işindən uzaqlaşdırdılar, kimisini yaş həddini keşdiyini bəhanə gətirib uzaqlaşdırlar. Muəllim adını ləkələmək üçün daha nə oyunlara əl atdılar. İşindən uzaqlaşdırdıqları muəllimlərin əvəzinə elmdən, savaddan xəbəri olmayanları təyin etdilər. Bax beləcə padşahına kölə olmağı gəncliyə oyrətdilər. Min bir əziyyətlə oxuyub diplom alanlara "Varsa pulun gəl, yoxdusa get fəhləlik elə" deyərək kor peşiman geri qaytardılar. Bu cur yanaşmağnan onları padişaha baş əyməyə çalışdılar. Baş əyənlərdə oldu amma ona zülmə baş əyməyi öyrədən muəllimlərinə sadiq qalanları da oldu. Düşünən beyinləri məhv etməknən illərdi taxtında rahat oturub istədikləri kimi hərəkət etdilər. Amma müəllimin sözünü düz bilib haqq yolundan dönməyən gənclərimizdə var. O gənclər indi meydanda necəki əvvəl muəllimin onun firavan həyatı üçün savaşdığı kimi onlarda muəllimin şərəfli adını yenidən uca olması üçün vuruşurlar. Əlbət gün gələcək gənclik bu padişahlardan bunun hesabını alacaq. Əlbət gün gələcək ona "Nə olursa olsun məzlumun yanında, zalimin qarşısında dim-dik durmağı oyrədən" o uca muəllim adını onlara qaytaracaqlar. 

Hiç yorum yok:

Yorum Gönder