19 Temmuz 2016 Salı

Azadlığımız əlimizdən alınır qram qram

Çox vaxtlar haqsızlıqları görəndə uşaqlığımın Azərbaycanını daha çox istəyirəm. Çunki uşağlığım indidən daha azad keçib. Bəlkədə uşağlığ illəridi deyə elə özümüzü azad hiss edirdik. Amma 92-ci illərdə doğulmuş uşaq hardan biləydiki illər ötəcək canımız qədər sevdiyimiz ölkəmiz bizlərə cəhənnəmə dönəcək. Halbuki yaradan bu ölkəyə o qədər gözəlliklər bəxş edibki və bilmirsənki hansını sayasan. Halbuki helə 1992-ci ildə xalqın iradəsiylə azadlığımızı təmin edəcəyimiz hakimiyyətdə seçilmişdi. Helə bir hakimiyyət ki orda insanların firavan və xoşbəxtliyi ən əsas predment idi. Amma dəyərini bilmədi böyüklərimiz. Açığı demək lazımdırsa sahiblənmədik axıra qədər. Baxmayaraq ki tarixən biz əsarət altında yaşamışıq və elə bil bu əsarət qanımıza oturmuşdu. 70 illik Sovet zülmündən qurtulan bir xalq özünə azad və demokratik seçki keçirərək və ən əsası həmrəylik nümayiş etdirərək prezidentdə seçmişdi. Elə bir prezident ki o uşağına məktəb ləvazimatı almaq üçün maşı gözləyərdi. Elə insan arzulayırki bu cür höküməti amma neyniyəsən qanımızdaki əsarətlik bizə bunu çox gördü. Nə az nə çox duz bir il. Amma kaş gərək təslim olmayaydıq. Yaradan elə bil döyüşü alnımıza yazıb. Devirdilər, qovdular xalqın iradəsini. Zəhrimara qalmış pul hərisliyi, stol davaları və saxta qiyamlar bizi 70 ilin  kölə xalqına çevirdi. Halbuki bu xalq əsarətdən qurtulmaq üçün nələr etməmişdiki. Meydanlarda gecə gündüz demədən hayqıran kim, tankların altına sipər olan kim daha nələr nələr. Gələnlər avamlığımızdan mahiryanə istifadə etdilər. Taxta oturub tac qoydular. Hiss etmədik bunu, hiss edənlərimizidə biganə yanaşdıq. Özləri üçün elə bərqərar etdilərki bu dövləti elə bilki müstəqilliyini qram qram qazanan bu xalq deyil. Evimizin içindən bizi vurdular. Öz saxta şoularıyla, guya xalqın xilas ediblər, guya surətli inkişaflarıyla. İnandı bu xalq yada elə bil sehirli bir dərmandan verib yuxuya verdilər bu xalqı. Axı yuxular çox şirin olur insan ayılmaq istəməz bundan. O 92-ci illərdə etdiyimizin peşmançılığı indi daha çox çəkirik. Vətənimizi dağınıda qazdılar, altınıda qazdılar. Axı yaradan bu ölkəyə hər cür gözəlliknən bərabər hər cür nemətdə bəxş edib. Qazdıqca daşıdılar və nə qədər daşısalar belə yenə doymadılar. Amma xalq hələdə dərmanın təsirindən oyana bilmirdi. Yuxularda nə gözəl inkişaflar görürdü bu xalq. Amma yeyə-yeyə içdən bitirdilər düşünən beyinlərimizi, kəsirdilər danışan dillərimizi. Beyinlərinə yeritdilər bu xalqın ki guya “bizdən yaxşı kim gələcək”, “bunlar yeyib doyub başqası gəlsə bundan pis olacaq”, “siyasət nəyimə lazım başımı salım aşağı evimə çörək aparım” kimi ifadələri. Amma əlbət bu nağılın sonu olacaqdı və əlbət ki Allah zülmə dür deyəcəkdi yavaş yavaş. Xalqı necə lazımdır borclandırdılar, kimisini vətəndən helə o bir tikə çörək üçün didərgin saldılar. Düşünən beyinləri məhv etdilər. Ağsaqqalını, alimini, yaltaq olmağa məcbur etdilər. Savadlı xalq olmasın deyə müəllim adını ləkələdilər. Hər şeyin əsasında “pulun varsa, adamın varsa ölkə sənindi”kimi fikrin təməlini qoydular. Min bir zülmlə oxuyub ali təhsil alanını bazara, fəhləliyə göndərdilər. Amma elmdən savaddan bixəbərləri vəzirliyə qədər qaldırdılar. Yəni bu ölkə elə bil bunların mülkiyyətidi və belədə olacaqmış kimi. Amma bu ölkədə, onun sərvətidə bu xalqındır amma xalq sahib çıxarsa. Inkişaf nağılları bitdi, ölkənin dağındanda, altındanda çıxan sərvətin dəyəri düşdü. Dəyərdə olanda da ancaq özünə saraylar tikdilər, guya humanistlik edib şot verdilər ona buna ki əməllərinə ortağ olsunlar. Bax beləcə o 1 illik azad və demokratik ölkəni dağıtdılar demək olarki. Hələ bütün bu olanlar azmış kimi yenədə əl çəkmirlər. Kankret olaraq neçə neçə oğulların qanı bahasına başa gələn bu ölkəni öz adlarına rəsmiləşdirirlər. Ölkənin konstitusiya elə hala salıblar ki urəyləri istədiyi vaxt dəyişirlər. Amma bu dəfəki dəyişikliklər bizim ömürlük kölə kimi yaşamağımıza hesablanıb. Yenədə xalq susacaq?
Axı neçə neçə oğullarımızın qanı bahasına başa gələn ölkəmizdə yenə bircə il belə azad yaşaya bilmərikmi? Əlbəttə ki bu bizim əlimizdədir. Görürsüz necə peşmançılıq çəkirik 92-ci ildəki o bir illik Azad Azərbaycanımız üçün. Yenədə biz birliyimizi, həmrəyliyimizi, 23 ildə beynimizə yeritdikləri fikirləri silərək buna nail olarıq. Gələcək nəsillərə firavan Azərbaycanımızı ötürə bilərik. Bəs deyilmi ali savadlı gənclərimizin öz qızıl çağlarını fəhləliklə keçirməyi? Bəs deyilmi xirtdəyinə qədər börc içində üzməyimiz? Bəs deyilmi bir tikə çörək üçün öz ana yurdumuzdan didərgin olmağımız? Heç fikirləşirsiniz ki 23 ildə biz neçə neçə uğurlara nail ola bilərdik? Hələdə gec deyil. Birliyimizi və həmrəyliyimizi göstərib butun bu zulmə dur deyərək öz firavanlığımızı və ən əsası azadlığımızı təmin edə bilərik. Qoy gələcək nəsillər keçmişə baxanda bizdən utanc duymasın əksinə fəxr etsinlər ki belə mübariz böyüklərimiz ölüb. Müstəqilliyimiz kimi azadlığımızda bizim qanuni haqqımızdır. Haqqımıza sahib çıxaq

Hiç yorum yok:

Yorum Gönder