BİR
MƏKTƏB DİREKTORUNUN BƏDBƏXT SONLUĞU yoxsa ÖLKƏ TƏHSİLİNİN FACİƏSİ?
MƏKTƏB
BİNASININ VƏZİYYƏTİ...
Bakı şəhəri, Xətai rayonunda yerləşən Zaur Məmmədov
adına 171 saylı tam orta məktəb 1979-cu ildə tikilib. Postsovet məkanında 3 ən
böyük məktəbdən biridir. Məktəb 3 və 5 mərtəbəli olmaqla 2 tədris korpusundan,
1 mərtəbli olmaqla 8 blokdan, böyük və kiçik akt zalından, yeməkxanadan,
kitabxanadan, 2 idman zalından, tir zalından ibarətdir. Həyətyanı sahəsi 7
hektara yaxındır. Məktəbin həyətində süni örtüklü futbol meydançası var.
2008-ci ildə əsaslı təmir olunmuşdur. Böyük və kiçik akt zalı, yeməkxana,
kitabxana 2014-cü ildə əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə
verilmişdir. Lakin rəsmən “əsaslı təmir edilən” bu məktəbin belə qısa müddətdə
belə bərbad hala düşməsinin səbəbi ancaq və ancaq korrupsiya ola bilərdi.
APA
TV direktor Telman Qardaşovun ölümündən düz 2 ay əvvəl “Bakıda Milli Qəhrəmanın
adını daşıyan məktəb uçulur” adlı videoreportaj hazırlamışdır. Reportajda məktəbin əsas binasında səliqə-sahman hökm sürdüyü, şagirdlərin
dərsə davamiyyətinin isə yüksək səviyyədə olduğu qeyd və təsvir edilir.
Reportajda jurnalsitləri təhsil ocağının qəzalı korpusları ilə məktəbin
direktoru Telman Qardaşov tanış etdiyi, sinif otaqlarının tavanları uçuq,
divarları ikiyə bölünmüş, pəncərə və qapıları isə demək olar ki, taybatay
olması təsvir edilir. Məktəbin direktoru artıq iki korpuslu məktəbin qəzalı vəziyyətdə
olan bir korpusundan şagirdlərin digərinə köçürüldüyünü qeyd edir. Onun sözlərinə
görə, məktəbdə dərslər növbəli sistemdə aparılır. Daha sonra direktor qeyd
edir: "Məktəbin korpusları qəzalı vəziyyətdədir. Qəzalı korpuslar artıq məktəbdən
təcrid olunub. Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən, qəzalı vəziyyət
elan olunduğundan orda tədris prosesi tamamilə dayandırılıb. Bu barədə ötən tədris
ilində müvafiq instansiyalara, o cümlədən Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinə məlumat verilib. Dövlət qurumları qarşısında bu məsələ
qaldırılıb və məktəbin artıq yeni layihəsi hazırlanıb. Dəfələrlə Təhsil
Nazirliyinin müvafiq şəxsləri bu təhsil ocağında olub, dövlət tərəfindən artıq
vəsait ayrılıb. Yaxın bir həftə, yaxud on gün ərzində sözügedən korpusların bərpası
istiqamətində işlərə başlanacaq. Hesab edirəm ki, yeni tədris ili üçün məktəb
tamamilə yeni forma alacaq. Hazırda şagirdlərin hamısı əsas korpusdadır. Məktəb
ikinövbəli fəaliyyət göstərir. Bu da təhsilin keyfiyyətinə, həm də valideynlərin
iş qrafikinə öz mənfi təsirini göstərir. Sevindirici haldır ki, müraciətimizə aidiyyəti
qurumlar biganə yanaşmadı. Hazırda məktəbin başqa yerə köçürülməsi istiqamətində
danışıqlar aparılır. Yaxın gələcəkdə məktəbin təmiri nəzərdə tutulub. Təmir
olan yerdə şagirdlərin təhlükəsizliyi üçün onlar daha təhlükəsiz zonalara
köçürüləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu istiqamətdə müvafiq işlər
aparır".
Reportajda, məktəbin qəzalı halda olan
korpusları ilə bağlı məsələyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin də münasibəti
də özünə yer alır. BŞTİ-in münasibətində bildirilir ki, “Bakıda qəzalı vəziyyətdə
olan bir neçə orta məktəb binası var. Ən ciddi vəziyyət 171 saylı məktəbdə
müşahidə olunur. 171 saylı orta məktəbdə təhlükəsizliyin təmin olunması məqsədilə
qəzalı vəziyyətdə olan korpusda təhsil alan şagirdlər istiliklə tam təmin
olunan əsas korpusa köçürülərək ikinci növbədə yerləşdirilib. Qəzalı vəziyyətdə
olan məktəblərin siyahısı həm Təhsil Nazirliyinə, həm də Bakı Şəhər İcra
Hakimiyyətinə təqdim olunub. İdarə bununla bağlı müvafiq təşkilatlar qarşısında
məsələ qaldırıb".
Göründüyü kimi ATV-nin
“Yoxlama” verilişindən cəmi bir ay əvvəl məktəbin ölkədə ən böyük təhsil ocağı
olması, Bakı şəhərində ən acınacaqlı və qəzalı vəziyyətdə olan məktəblərdən
olması və yaxın gələcəkdə əsaslı təmir olunacağı və yeni tədris ilində tam
istifadəyə veriləcəyi məktəb direktoru və təhsil idarəsi tərəfindən rəsmən APA
informasiya agentliyinə bildirilir.
Məktəbin binası barəsindədə hamıya aydın olan,
dövlət orqanları tərəfindən etiraf edilən və artıq həlli istiqamətində addımlar
atılan bu faktın ATV tərəfindən xüsusi bir hal kimi ölkə ictimaiyyətinə
çatdırılması verilişin sifarişli çəkildiyinə şübhə qoymur. Bu məsələ barəsində
Təhsil Nazirliyinin rəsmi mövqe bildirməməsi, BŞTİ-nin mətbuat xidmətinin
açıqlamasından dolayısı ilə televiziyaya haqq qazandırmasını da buna əlavə etsək
məsələ tam aydın olacaq. ATV kanalnın rəsmi
məlumatıda TN, BŞTİ tərəfindən onlara etiraz edilməməsi, Milli Televizya və
Radio Şurasının sözü gedən verilişin qanundan kənar bir iş görmədiyini qeyd etməsi
isə məsələyə nöqtəni qoyur. Bu verilişin efirə getməsi ərəfəsində KİV vasitələrində
mərhum direktorun və qohumlarının etnik separatizmdə ittiham olunması barəsində
isə danışmağa belə dəyməz. Məktəb binasındakı təmirin və binasındakı
avadanlıqların mərhum direktorun ora təyin olunduğu son bir ildə sıradan
çıxmamasını da bu faktlara əlavə etmək olar.
Məktəbin
iki idman zalından biri məktəbdən alınaraq icarəyə verilmişdir və bu hal indi də
davam edir. Hətta məktəbin ərazisində yerləşən uzgüçülük hovuzu da hazırda kimlərsə
şəxsi məqsədləri üçün istifadə edirlər. Bu dəhşətli faktlarla rastlaşan və yeni
təyin olunan məktəb direktoru bunlara dözməmiş və məsələni icra hakimiyyəti və
təhsil idarəetmə orqanları qarşısında dəfələrlə qaldırmışdır. Görünür cinayətkar
məmurların xoşuna gəlməmiş və onlar direktoru cəzalandırmaq qərarına gəlmişlər.
MƏKTƏBİN TƏHSİL HƏYATI…
171 saylı tam orta məktəb 2009-2010-cu tədris
ilində Prezident İlham Əliyevin sərəncamı ilə "İlin Ən yaxşı 50 məktəbi"
müsabiqəsində qalib olmuşdur. Məktəbimizin 3 müəllimi "İlin ən yaxşı müəllimi"
müsabiqəsinin qalibidir. 2 məzunu "Qızıl medalla" bitirmiş və ali məktəbə
yüksək balla qəbul olunmuşdur. Respublikası Təhsil Nazirinin 08 iyun 2015-ci il
tarixli 644 nömrəli "Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə
təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi və pilot müəssisələrin
2015 - 2016 - cı dərs ili üçün tədris planlarının təsdiqi haqqında" əmrinə
müvafiq olaraq məktəb pilot təhsil müəssisəsi kimi təsdiq edilmişdir.
MƏKTƏB DİREKTORU KİMDİR?
Ucqar və dağlıq Lerik rayonu Bilabənd kəndində
doğulan Telman Qardaşov Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini fərqlənmə
diplomu ilə bitimişdir. Aspiranturanı bitirməklə riyazi kibernetika üzrə
fizika-riayaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Azərbaycan
Respublikası Milli Elmlər Akademiyasının Dərin neft və qaz yataqları problemləri
institutunda baş lobarant, mühəndis, böyük mühəndis, kişik elmi işçi, elmi işçi
işləmişdir. Sonralar Bakı Dövlət Universitetinin riyazi modelləşdirmə və və
avtomatlaşdırılmış sistemlər elmi – tədqiqat lobaratoriyasında kişik elmi işçi,
böyük elmi işçi, aparıcı elmi işçi işləmişdir. Daha sonra Bakı şəhəri, Suraxanı
rayonu 275 saylı orta ümumtəhsil məktəbinə direktor təyin olunmuş və Azərbaycan Respublikası prezidenti İlham
Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bir il əvvəl isə
Bakı şəhəri, Xətai rayonunda yerləşən Zaur Məmmədov adına 171 saylı tam orta məktəbə
direktor təyin olunmuşdur.
O, İsrail , Fransa , Albaniya, ABŞ, UNİCEF və Xəzər
Universitetinin təşkil etdiyi müxtəlif kurslrada iştirak etmiş və müvafiq
sertifikatlar almışdır.
Təhsil Nazirliyinin təşkil etdiyi seminarlarda
“ Təhsil sistemində monitorinq və qiymətləndirmə”, “Ümumtəhsil məktəblərində təlim-tərbiyə
prosesinin və nəticələrinin qiymətləndirilməsi metodları” mövzusunda mühazirələr
oxumuş və Nazirliyinin respublika üzrə keçirdiyi pedaqoji müsabiqələrində
diplom qazanmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şəhər üzrə keçirdiyi
“Dövlətin təhsil siyasətinin əsas prinsipləri ili”, “Müasir şəraitdə təhsilin
humanistləşdirilməsi yolu ilə təlim-tərbiyə prosesinin və təhsilin idarə olunmasının
təkmilləşdirilməsi ili”, “Təhsilin humanistləşdirilməsi baxımından təlim-tərbiyə
prosesinin diferensiallaşdırılması və fərdiləşdirilməsi ili”, “Fənn
proqramları”, “Təhsilin humanistləşdirilməsi və uşaq hüquqları ili, “İlin
yaradıcı fəaliyyəti ilə fərqlənən ən yaxşı təlim-tərbiyə müəssisəsi”, “Təhsildə
keyfiyyət ili”, “Təhsilin keyfiyyətinin ən səmərəli qiymətləndirilməsi
mexanizmi”, “Müasir təlim metodlarının tətbiqinə dair ən yaxşı metodik tövsiyyə”,
“İlin yaradıcı fəaliyyəti ilə fərqlənən ən yaxşı təlim-tərbiyə müəssisəsi” adlı
müsabiqələrində də yer qazanmışdır.
Azərbaycan və ölkə xaricində bir sıra
jurnallarda “Təlim –tərbiyə prosesinin və nəticələrinin qiymətləndirilməsi
islahatın mühüm amili kimi”, “Təmayüllü lisey sinifləri təlim təlim –tərbiyə
prosesinin diferensiallaşdırılması vasitəsi kimi”, “Təhsildə monitorinq sistemi
və onun növləri”, “Çoxprofilli ümümtəhsil məktəb layihəsinin modeli”, “Ümumtəhsil
məktəblərində şagirdlərin təlim nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi”
və sair məqalələri çap edilmişdir.
Ən əsası isə Telman Qardaşov Təhsil Nazirliyi
və Təhsil Problemləri İnstitutunun qrifi ilə çap olunan “Təhsil sistemində
monitorinq və qiymətləndirmə” adlı 450 səhifəyə yaxın ciddi və iri həcmli bir
monoqrafiyanın həmmüəllifidir.
ATV KANALİZASİYASININ “YOXLAMA” UNİTAZI…
Təhsil
naziri Mikayıl Cabarovun “Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin
olunması” barəsində 27 dekabr 2013-cü il
tarixli 937 saylı əmri var. Həmin əmrdə deyilir: “Təhsil
Nazirliyinin bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən kütləvi
informasiya vasitələri ilə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız
Nazirliyin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi
və ya razılığı ilə həyata keçirilsin”. Yəni bu əmrə əsasən məktəb direktoru
yalnız və yalnız Təhsil Nazirliyinin informasiya şöbəsinin razılığı ilə
jurnalistləri məktəbə buraxa bilər. Direktor nəinki
jurnalistləri nazirliyin razılığı olmadan məktəbə buraxa bilməz, hətta
jurnalistlərə məktəb barədə müsahibə belə verə bilməz. Mərhum direktor da məhz bu səbəbdən
jurnalistləri məktəbə buraxmaq istəmir. Necə ki Bakı şəhər 230 saylı məktəbin
direktoru hətta məktəbdən kənarda, məktəb barəsində olmayan müsahibəni verdiyi
üçün ona BŞTİ tərəfindən töhmət verildi. Nazirin müvafiq əmrini icra edən mərhum
direktora bu əmri verən nazir niyə sahib çıxmır? Lakin adi müsahibə verən 230
saylı məktəbin direktoruna töhmət verilir və sonda işdən azad edilir? ATV-nin məlum
verilişində bir-neçə məktəbə daxil olmaq istəyən ATV-nin qoçularını bəzi məktəb
direktorları içəri dəvət edir və onları məktəblə tanış edir. Əgər onlar bu çəkiliş
üçün nazirlikdən razılıq almamışdılarsa həmin məktəb direktorları niyə cəzalanmır?
Onu
da xüsusi qeyd edim ki jurnalist təhsil qanunvericiliyini və elementar etik
normaları pozduğu vaxt ona edilən etirazların müqabilində ölkə başçısı İlham
Əliyevin və onun xanımı Mehriban Əliyevanın adlarını xüsusi çəkir. Sanki öz əxalqsızlığın
bunların timsalında gizlətmək istəyir. Zənnimcə jurnalistin öz pisliklərini
kölgədə qoymaq üçün bu ailənin adından istifadə etməyini də əxlaqsızlıq hesab
etmək lazımdır. Hələ direktorun vəfatından sonra ona və onu müdafiə edən mətbuatı
aşağılamağı bir başqa məsələdir.
ATV
kanalınn çəkiliş qrupu 12 nəfər olmaqla idmançı görkəmində məktəbə soxulurlar.
Məktəbin mühafizə xidməti, texniki işçilər və müəllimlər onların qarşısını heç
cür ala bilmirlər. Məktəb direktoru ilk əvvəl onları xidməti otağına dəvət etsə
belə onlar imtina edirlər. Şagirdlərin birindən bufetin yerini soruşub vəhşi
kimi bufetə tərəf irəliləyirlər. Heç kimə sirr deyil ki məktəbin bufetləri Bakı
şəhərində yalnız 4 adda MMC-yə icarəyə verilir. Bu MMC-lərin kimlərə məxsus
olmasını hamı bilir. Kadrlardan göründüyü və direktorun da etiraf etdiyi kimi
bu bufetlərin sahibləri heç kimi saymırlar. Bu bufetlərin təmziliyini də məktəbin
texniki işçilri yerinə yetirirlər. Bufetdəki elektrik və istilik sistemlərinin
pulunu da məktəbin hesabına ödənilir. Bufetlərin gəlir və xərclərinin məktəbə
heç bir dəxli yoxdur. Bu bufetlərin gəlirləri barəsində heç bir rəsmi məlumat
da tapmaq mümkün deyil. Nəhayət bufeti direktor açdırır və kadrlardan göründüyü
kimi bufetdə təmizlik ideal şəraitdə olur. Lakin özünə jurnalist deyən reket bu
mənzərəni görəndən sonra çəkilişi aparmaqdan imtina edir. Səbəb kimi isə
qapının gec açılmasını, bufetdə işləyənin əlində əlcəyin olmamasını və
karidorda peraşki iyinin gəlməsini əsas gətirir. Heç kimə məhəl qoymayan reket
jurnalist bufetin qapısına təhqiramiz bir söz yapışdırıb dərs gedən siniflərdən
birinə soxulur. Direktor dərs zamanı icazəsiz ora soxulmağın qanunsuzluğu barəsində
ona xəbərdarlıq etsə də o heç nəyə məhəl qoymadan sinifə daxil olur və dərsi
pozaraq müəllimə və şagirdlərə suallar ünvanlayır. Daha sonra məktəbin dağılmış
binasını nümayiş etdirir və sanki bunun qeyri-adi olmasını tamaşaçılara təqdim
edir. Lakin bu məktəbin Bakıda ən təmirsiz məktəb olması və bu il əsaslı təmirə
dayanacağı barədə direktorun izahatlarını efirə vermir. Daha sonra isə şagirdlərin
gözü qarşısında məktəbin giriş və direktorun xidməti otağının qapısına təhqiramiz
etiket yapışdırır.
ATV-nin
rəsmi məlumatında bütün bunların qanuni olması və rəsmi orqanalrın onlara irad
bildirməməsi qeyd olunur. Əlbəttə, ATV kanalnın kimlərin ruporu olması və bu
kanalın arxasında kimlərin dayanmasını Mikayıl
Cabbarov bilməmiş deyil. Axı o necə bu quvvələrə qarşı fikir bildirsin?
Onsuz da məktəbin qapısına yapışdırılan həmin etiketin əslində nazirliyin
qapısına yapışdırıldığını hamı yaxşı dərk edir.
Heç
kimə sirr deyil ki 7 hektarlıq məktəb həyətinin bir-neçə hektarı ayrı-ayrı oliqarxlar
tərəfindən zəbt olunub. Təsəvvür edin ki məktəbin həyətində “Movida Plaza”
adlı restoran tikilib. Bu restoranın kimə məxsus olduğunu bütün Bakı bilir. Bu
azmış kimi həmin restoranın bütün komunal xərclərini məktəb ödəyir. Məhz buna
dözməyən məktəb direktoru ölümündən bir müddət əvvəl bu barədə müvafiq orqanlar
qarşısında məsələ qaldırır. Nəhayət direktor respublikanın ən böyük və
dağılmaqda olan məktəbinin yenidən qurulması və təmir edilməsini rəsmiləşdirə
bilir. Direktorun məktəbi bir-neçə həftəyə təmirə dayandırılmasına nail
olduğuna dözməyən məmurlar qisas məqsədi ilə hücuma keçirlər. Heç çübhəsiz ki
yenidən lahiyələndirilən məktəb, bu məktəbin həyətində yerləşən restoran üçün də
təhlükə yaradacaqdı.
Yeri
gəlmişkən. Məktəbdə baş verən son olaylarla bağlı Təhsil Nazirliyi və BŞTİ
qarşısında məsələ qaldıran və onlardan münasibət tələb edən mərhum direktora
onlardan “məhkəməyə ver” cavabını alır. O da ölümündən az əvvəl Xətai rayon Məhkəməsinə
müraciət edibmiş.
DİREKTORUN
NİYƏ VƏFAT ETDİ?
ATV-nin
məlum reportajında məktəb direktorunun müəllimlərin, texniki işçilərin, şagirdlərin
və valideynlərin gözü önündə alçaldılması onda dərin depressiya yaratmışdı. Əvvələr
koronor infarktı keçirmiş və şəkərli diabetdən əziyyət çəkən Telman müəllim son
hadisələrin stresindən çıxa bilmirdi. O özünü daimi olaraq narhat və
alçaldılmış hiss edirdi. Axır günlər daim dərmanlar qəbul edirdi. Şagirdlərin
gözü qarşısında onun işgüzar nüfuzuna xələl gətirilməsi ona daha çox pis təsir
etmişdi. Məhz buna görə məktəbə bir-neçə valideyn gəlmiş və mərhum direktorla mübahisə etmişlər. Bundan
sonra mərhumun halı pisləşmiş və təcili tibbi yardımın köməyinə baxmayaraq
insultdan dünyasını dəyişmişdir.
TƏHSİL
NAZİRLİYİ İŞÇİSİNİ NİYƏ QORUMUR?
ATV-nin
və BŞTİ-nin açıqlamasında adları hallandırılan təhsil nazirli Mikayıl Cabbarov
və Milli Televizya və Radio şurasının sədri Nuşirəvan Məhərrəmli münasibət
bildirməlidir. Doğurdanmı onlar bu rəzalətdə bir qanunsuzluq görməyiblər?
Doğurdan da belədirsə TN və MTRŞ tərəfindən məktəblərin tualetində çəkiliş
aparan zaman burnunu tutan və xüsusi mimika və jest göstərən televiziya kanalına
və onun jurnalistinə ancaq və ancaq məktəblərin tualetində çəkiliş aparmaq
hüququ verən xüsusi və daimi icazənin verilməsi daha doğru olardı.
APA TV-nin videreportajının keçidi:
ATV televiziyasında efirə verilən verilişin keçidi:
Kazımzadə Azər