22 Kasım 2016 Salı

Direktora qarşı oynanılmış çirkin oyun-2

Ləman Babayeva hələ ki at oynadır

Həmin telefon zəngindən 3 gün sonra 4 avqust 2016 cı il tarixində Ləman Babayevanın sifarişi ilə onun anası Bakı şəhəri  125 saylı tam orta məktəbin ( bu məktəb Buzovna kəndində yerləşir ) ibtidai sinif müəllimi Səhər Abdullayeva və qardaşı  heç yerdə işləməyən  Vəfadar Abdullazadə  saat 11 radələrində 230 saylı tam orta məktəbə gəlirlər. Əvvəlcə Səhər Abdullayeva  direktorun otağına daxil olur. Sergey Kovalenkonun  məktubunu ( o məktubda Səhər in anasının erməni olması və qardaşı Azərin Krasnodar vilayətinin Armavil şəhərində erməni icmasının rəhbərlərindən biri Sarkis ilə  yaxınlığı və erməni icmasında fəallığından söhbət açılmışdı ) niyə  açıb-ağartması eləcə də Ləman Babayevanın işdən çıxarılması ilə bağlı hiddətləndiyini  bildirir. Direktoru nalayiq sözlərlə təhqir edir.Direktorun otağına haray-həşir salır. Bu zaman otağa daxil olan Vəfadar Abdullazadə Elşən Qafarovla guya görüşmək istəyi ilə ona yaxınlaşır və sifətinə yumruqla zərbə endirir. (Bu fakti Vəfadar Abdullazədə Xəzər RPİ-də verdiyi izahatda təsdiq edib ) Məktəbdə olan müəllim və işçilər Səhər və Vəfadarı direktorun otağından çətinliklə çıxarda bilirlər. Qəzəbi soyumayan Vəfadar  məktəbin qarşısında saxladığı maşınına yaxınlaşaraq  düyməli bıçağı götürərək məktəbə girir ,direktora hücüm edərək  onu bıçaqlamaq istəyir.Bu fakt məktəbin  təhlükəsizlik kameralarında  çəkilmiş video yazılarda təsdiqin tapıb.Və həmin video yazılar istintaqa təhvil verilib. Həmin video yazını biz də sizə təqdim edirk.




Video yazıdan da göründüyü kimi  Vəfadarı zorla saxlayırlar ,o ,isə onu tutmaq istəyənlərin əlindən çıxıb Elşən Qafarovu bıçaqlamaq istəyir. Elşən Qafarov  102 xidmətinə zəng etmək istəyərkən  Səhər Abdullayeva stolunun üstündə olan şəhərdaxili telefonların tellərini qırır. Belə olduqda E.Qafarov moboil telefonla Xəzər RPİ-nin əməkdaşlarına zəng edir. Maraqlı burasındadır ki, videoyazıdan da göründüyü kimi hadisə vaxtı məktəbə polislər daxil olur.Lakin hadisə yerində akt bağlanılmır. Vəziyyəti  öyrənən  polislər Səhər və Vəfadarı təqib etməyə başlayırlar .( sonuncular polisləri görən kimi hadisə yerindən qaçırlar).Təqibetmə 1 saata yaxın davam edir.Hətda Vəfadar polislərin üzərinə maşın sürür. Onu yalnız yaşadığı evin yaxınlığında böyük çətinliklə dayandırıb polis bölməsinə gətirə bilirlər.


Direktor  hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə telefonla məlumat verir. Təhsil İdarəsindən  bildirirlər ki direktor polisə müraciət etsin. Hadisə aktlaşdırılır. Elşən Qafarovun ərizəsi ilə birlikdə həmin akt Xəzər RPİ-yə təqdim olunur. Maraqlı burasındadır ki , Ləman Babayevanın  dərhal himayədarları tapılır. Həmin akt və Elşən Qafarovun  ərizəsi orada cırılır. Vəfadar Abdullazadə polis idarədən buraxılır. 5 avqust tarixində E. Qafarov RPİ-yə gəlir.Vəziyyəti biləndə etiraz edir. Ona deyirlər ki Ləman Babayevanı tapşırıblar ona görə də ərizəsi və akt cırılıb atılıb.Belə olduqda E. Qafarov “heç olmasa üzr istəməlidirlər ,bu nə özbaşınalıqdır “ deyə tələb edir.Şikayət edəcəyini bildirir . Yalnız bundan sonra  polis hadisəni qeydiyyata alır.E Qafarov aldığı xəsarətlə bağlı  ekspertizadan keçirilir.



Bir neçə gün sonra Ləman Babayeva polis şöbəsinə gəlir. Burada ona deyirlər ki, baxmayaraq ki, sizi tapşırıblar E.Qafarov şikayətini  geri götürməsə  qardaşını həbs gözləyir. L.Babayeva  Hikmət adlı bir vəkillə tanış olur və vəziyyətdən çıxmaq üçün ondan kömək istəyir. Vəkil də ona bildirir ki, ya E.Qafarov haqqında bir cinayət işi açılmalıdır ki ,biz onu məcbur edə bilək  o barışığa getsin və şikayətini geri götürsün , ya da siz üzr istəməlisiniz. L. Babayeva üzr itəməyəcəyini ,onun arxasında cox ciddi adamların durduğunu deyir. Və direktorun onu zorlaması ilə bağlı şikayət edəcək ,üzünə duracaq.....

23 avqust 2016 cı il tarixində prezdent İlham Əliyevə, millət vəkili Mehriban xanım Əliyevaya , Baş Prakuror Zakir Qaralova ,Təhsil Naziri Mikayıl Cabbarova və Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinə ( diqqət edin Daxili İşlər Nazirliyinə yox ,məhz İctimai Təhlükəsizlik İdarəsinə-burada L. Babayevaya yaxın olan daha bir palkovnik var.Tezliklə həmin palkovniklə bağlı araşdırmalarımızı təqdim edəcəyik) şikayət ərizəsi yazır ki,məktəbin direktoru Elşən Qafarov onu 9 iyul 2016 –cı il tarixindədiqqət edin  45 gün sonra) məktəbdə zorlayıb.



Araşdırmamız davam edir












Hiç yorum yok:

Yorum Gönder