23 Kasım 2016 Çarşamba

Direktora qarşı oynanılmış çirkin oyun-3

Ləman Babayevanın polisdə havadarları  kimdi? 





Ləman Babayevanın məlum  şikayət ərizəsindən 1 həftə sonra Xəzər Rayon Prakurorluğunda Elşən Qafarov haqqında  araşdırma başlayır. Eyni zamanda Elşən Qafarov Bakı şəhər Təhsil İdarəsində Daxili Nəzarət və Kadrlar şöbələrinə çağrılır. Bu idarədə də araşdırma başlanılır. Ona müxtəlif təzyiqlər göstərilir. Direktor yaranmış vəziyyətlə bağlı kollektivə müraciət edir. 30 avqust 2016-cı il tarixdə məktəbdə ağsaqqal və ağbirçək  müəllimlərin iştirakı ilə toplantı keçirilir. Ləman Babayeva iclasa dəvət edilir və ilk olaraq iclasa Hikmət adlı vəkilini göndərir. Müəllimlər buna etiraz edirlər ki, “bura məhkəmə zalı deyil. L.Babayeva məktəbin direktor müavinidir və özü gəlib cavab verməlidir ki, niyə məktəbin adına ləkə gətirən addımlar atır” Vəkili ilə uzun telefon danışığından sonra L.Babayeva məktəbə gəlməyə razılıq verir. Həmin vəkilin də iştirakı ilə olan toplantıda Ləman Babayeva və Elşən Qafarovdan izahat tələb olunur və hər iki şəxsin izahatlarından sonar məlum olur ki, L. Babayeva direktora şər atır. (Aldığımız məlumata görə bir neçə xanım müəllimə hətta L.Babayevanın üzünə tüpürərək ondan hansı üzlə bu və ya başqa məktəbdə işləyəcəyini soruşublar) Ləman Babayeva kollektivdən üzr istəyir və səhvini düzəltmək üçün bir neçə gün sonra  rayon prakuroruna, təhsil nazirinə və yenə də Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinə ???????? yazılı şəkildə  məktub göndərir ki, qardaşı Abdullazadə Vəfadarın 5 il həbs cəzası alacağı xəbərini eşidərək, rühi sarsıntı keçirdib və bu təsir altında direktor Elşən Qafarova böhtan atıb .(maraqlıdır, görəsən Ləman xanım bu addımı atarkən Elşən Qafarovu, onun ailəsini. məktəbdə olan 1100 şagirdi düşünməyibmi?)





8 sentyabr  2016 –cı il tarixdə məsələ ilə bağlı Xəzər Rayon Prakurorluğunda  araşdırma başa çatır və həmin araşdırmanı aparan müstəntiq  II dərəcəli hüquqşunas  Səməd Nəcəfov  qərar qəbul edir.
Qərardan da göründüyü kimi Ləman Babayevanın onun 09 iyul 2016 cı il tarixdə, məktəbdə direktor Elşən Qafarov tərəfindən zorlanması faktı təsdiqin tapmır və Ləman Babayeva prakurorluqda verdiyi izahatda bildirir ki, direktorun barmağı belə ona toxunmayıb .?????? Bu böhtan deyil bəs nədir? Həmin qərarı sizə təqdim edirik 





Böhtançı kimi tanınan Ləman Babayeva vəziyyətdən çıxmaq üçün Xəzər RPİ-nin rəisi, polkovnik Azər Muradovla  “dost”laşmaqla, özünu və qardaşını qorumaq qərarına gəlir.


 Azər Muradov  Elşən Qafarov və Ləman Babayevanı qəbuluna çağırır, hər ikisini dindirir və  Elşən Qafarovdan tələb edir ki, o, həm Ləman Babayevadan, həm də Ləmanın anasından üzr istəməlidir. Elşən Qafarov onların erməni qohumluğunu və özünə qarşı edilmiş haqsızlıqlarla barışmayacağını, hüquqlarını qorumaq üçün əlindən gələn nə varsa edəcəyini  bildirərək,  polis idarəsini tərk edir. Bundan ürəklənən Ləman Babayeva  müxtəlif əlaqələri vasitəsi ilə (onun yaxın qohumu Rauf Nəcəfli təhsil naziri Mikayıl Cabbarovun yaxın dostu, “Kim, Nə, Harda” intellektual oyunundan komanda yoldaşı və TN-də Statistika şöbəsinin müdiridir) Elşən  Qafarova təzyiqlər davam edir. İTİ də olan polkovnik (həmin polkovnikin  L.Babayeva ilə nə kimi münasibətləri olması ilə bağlı araşdırmam davam edir) isə E .Qafarovun həbs olunması üçün Xəzər RPİ-yə göstəriş verir. (bu məlumatın da dəqiqləşdirilməsi ilə bağlı araşdırmam davam edir).
230 saylı tam orta məktəbdə  isə müəllimlər və valideyinlər qəti olaraq bildirirlər ki, L. Babayeva ayağını belə məktəbin həyətinə qoymamalıdır.
Ləman Babayevanın havadarları ona məsləhət görürlər ki, aranın sakitləşməsi üçün vaxt lazımdır və xəstəxanaların biri ilə “razılaşaraq” bülletenə çıxmalıdır. 14 saylı BŞX-nin baş həkim əvəzi Nailə xanım onun “köməyinə “ çatır. 14 sentyabrdan L.Babayevaya əcaib bir diaqnozla bülleten açılır.





Ləman Babayeva isə bu müddət ərzində məktəbin  təşkilat işləri üzrə director müavini Xeyrulla Haqverdiyev və onun ailəsi ilə razılaşaraq, ikincinin də eyni addım ataraq, Elşən Qafarovdan Təhsil Nazirliyinə və Bakı  şəhəti üzrə Təhsil İdarəsinə şikayət ərizəsi yazmasına və 9 sentyabr 2016 cı il tarixdən X.Haqverdiyevin də bülletenə çımasına nail olur. Sual yaranır: bəs niyə L.Babayeva  14 sentyabrdan, X.Haqverdiyev isə 9 sentyabrdan bülletenə çıxırlar? Çünki L.Babayevanın növbəti əmək məzuniyyəti 14 sentyabrda bitib və həmin tarixdə o, işdə olmalı idi.

X.Haqverdiyev və L.Babayevanın işbirliyi haqqında ətraflı növbəti yazımızda……











Hiç yorum yok:

Yorum Gönder