Şəmşad Ağa
Bütün avtoritar və qapalı rejimlərin çəkindiyi ən emosional çevrə
gənclikdir. Səbəbi isə sadədir; bu tip rejimlərin gələcəyi olmur, onlar
keçmişin total və mental ənənələri üzərində manipulyasiya etməyə üstünlük
verirlər.
Gənclik isə adətən, bu dar çərçivələrə sığımır. Ona görə də bu tip
rejimlər gəncliyə qarı amansız və aqressiv olurlar.
Tarixən də belə olub.
Rus çarı Aleksandrdan soruşublar ki, ən böyük düşmənin kimdir? Cavabı
təxminən belə olub: küçədə gördüyüm hər bir gənc...
Ötən gün daha bir gəncin oğurlanmasının şahidi olduq, amma bu dəfə
"girovu” orduya göndərdilər.
Söhbət Nida Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənlidən gedir.
Müayinəyə getdiyi xəstəxanada hərbi polis tərəfindən saxlanlaraq, zorla
orduya, özü də də cəbhə bölgəsində göndərilib.
İşin absurd tərəfi isə odur ki, Azərbaycanda hərbi xidmətə çağırışın
müddəti hələ bitməyib və hərbi xidmətə çağırış bitmədiyi halda çağırışçını
orduya zorakı yola aparırlar.
Hakimiyyət insanları cəzalandırmaq üçün bu metoddan əvvəllər də istifadə
edib, bütün dövlət qurumları kimi, orduya da, təəssüf ki, "cərimə
batalyonu"nu kimi baxılıb…
Ülvi Həsənli də "cərimə batalyonu”na göndərilən növbəti qurbanıdır.
Onun bu şəkildə saxlanılaraq orduya aparılması, şübhəsiz ki, rəhbərlik etdiyi
media orqanına və siyasi fəaliyyətinə görədir.
Ülvi ölkənin mübariz gənclərindəndir. Belə gənclər harada olmasından asılı
olmayaraq, vətənin əsgərləridir.
Qoqol deyirdi: "Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var”.
Gələcəyi olmayanlar da məhz bundan qorxurlar…
Hiç yorum yok:
Yorum Gönder