2 Nisan 2017 Pazar

Eldar Mahmudov pis idi, Mədət Quliyev yaxşıdır

Eldar Mahmudov pis idi, Mədət Quliyev yaxşıdır


Bu günlərdə Lənkərana getmişdim. Dedim gedim bir Əli Nasirlə dərdləşim.Yaxın dostum Lənkəranda olduğumu bilib, vacib bir məsələ ilə bağlı mənimlə görüşmək istədiyini bildirdi. İşimin çoxluğu ilə əlaqəli görüşmək istəməsəm də, dostum çox vacib bir məsələ olduğunu israr etdikdən sonra, məndə bir marağ yarandı ki, görəsən nədir bu vacib məsələ? Görüşü Borani restaranına təyin etdik və elə təzəcə oturmuşduq ki, dostum mənə qayıdıb dedi ki, “əgər şair yaşasaydı o DTX(MTN)-dən Talış xalqı üçün nəsə istəyərdi?” Dedim ki, “qardaş, şair böyük adam idi, o, heç vaxt belə bir quruma bu halda müraciət etməzdi. Sən bunu məndən niyə soruşursan?” Dedi “qardaş 15-20 nəfər Talış ziyalısı DTX-ya müraciət edib, o imzalar içində mənim də imzam var, mən müraciəti imzalayanda bəzi adları da oxudum,”. İnanınki bu an bütün dünya başıma dolandı, günəş batdı, qaranlıq çökdü elə bil. O an az qaldı ki, əlimdəki çayla dolu stəkan yerə düşsün. Həqiqətən şokdaydım. Dostum dedi ki, qardaş pərt olma, zəmanə bəlkə dəyişib, bəlkədə səhv etmişik, amma etmişik.
Bir anlıq fikrə getdim. Axı niyə bizim öndəgedənlərimiz məni israrla Bakıya dəvət edirdilər ki, hansısa müraciəti imzalayım, bəlkə bu helə həmin müraciətdir? Bəlkə həmsöhbətim yalan deyir, bütün bunları necə dəqiqləşdirə bilərdim? Söhbət əsnasında dostumu “necə yəni müraciət etmisiz? Məgər cinayətkar Eldar Mahmudovun rəhbərlik etdiyi bu qurum deyildi Növruzəlimizin qanına qəltan eliyən? Məgər bu qurum deyildi Hilal müəllimə şər böhtan atan? Nə dəyişibki bu qurumda sizlər belə müraciət edibsiz? Qardaş Eldar gedib, Mədət gəlib yerinə, bəlkə fikir edibsiz nəsə yenilik var?”
Dostum elə bil özünə haq qazandırmaq üçün astadan danışırdı “bilmirəm, dedilər müraciət etmək lazımdır, mən də imzaladım”
Sanki öz hirsimi bu binəvanın üstünə tökməklə nə isə dəyişəcəkdi, amma özümdən asılı olmayaraq fikirlərimi bildirdim. “Sən nə danışırsan məyər iki-üç general və yaxud polkovnik vurmaqla o sistem dəyişibmi? Elə olsaydı Hacı Məmmədov gedəndən sonra gərək DİN dəyişəydi. Bunlar öz yarıtmaz siyasətiylə düşmənimiz ermənilərə təxribat eləməyə şans verənlər deyilmi? İllərdir RTMM-in adicə bir qeydiyyatını yeniləmirlər. İllərdir Talışlara qarşı daha nə pislik qalmadı eləmədilər. İllərdir bunlar Novruzəli Məmmədovu qətlə yetirməklə ürəyimizə dağ vurublar. Əli Nasirin 60 illiyini keçirməyə icazə verməyən məyər bunlar deyildi?”
Lənkərandan qayıdan kimi informasiyanı dəqiqləşdirmək üçün dərhal öz feyzbuk səyfəmdə sual unvanladım ki, həqiqətən bu müraciət olubmu? Doğrusu yenə də inanmaq istəmirdim, Mehdibəy müəllim ilə Mirtağı müəllim bu məsələyə aydınlıq gətirənə kimi.
Mehdibəy müəllim deyir ki, biz AR prezidentinə müraciət edərək sürətini müafiq orqanlara göndərmişik. Əgər siz prezidentə müraciət edirsizsə DTX nəyə lazımdır? Məyər DTX prezidentdən yüksəkdə durur?
İkinci bir tərəfdən DTX nə vaxtdan huquqları bərpa edir? Bəlkə DTX-dan icazə istəyirsiz ki, ay Mədət müəllim konustusyon huquqlarımızı tələb etmək üçün icazə verəsiz? Necə gülünc vəziyyətə qaldığınızdan xəbəriniz var?
Müraciətə imza atanların tam siyahısını dəqiq bilməsəm də, imza atanların adları 90 faiz məlumdur, bu müraciətdə adı keçən hər bir şəxsə səslənirəm: Sizə nə olmuşdu? Prezidentə müraciət edirsizsə edin, DTX nə məsələdi? Əgər bu yaxınlarda siz Talış xalqına müraciətin tam mətnini təqdim etməsəz, mən onda orda imzası olan şəxslərin adlarını açıqlamalı olacam. Əgər bu müraciəti həqiqətən də Talış xalqına görə etmisizsə, müraciətin mətnini və imza edən şəxslərin siyahısını xalqa bəyan edin, xalqın bunu bilmək hüququ var.

2 yorum:

  1. qədə qədə publisist bedəş ha

    YanıtlaSil
  2. Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
    whatsapp nömrəsi + 1- (989-394-3740)

    YanıtlaSil