5 Nisan 2017 Çarşamba

MİSTER “X”-Rafiq Cəlilov yazır

Bir gün bir talış mollanı göndərirlər Şəkiyə ki, məsciddə axundluq eləsin. (qeyd: həmin molla Mirzə Fətəli Axundzadənin dədəsi olmayıb) Molla Şəkinin mərkəzində arabadan düşür, bir balaca uşaqdan məscidin yerini soruşur, uşaq buna məscidin yolunu göstərir….
Axşam Şəki camaatı yığışır məscidə ki, görək axund nə danışır, axund şablon sözləri işə salıb, camaata xitab edir:
– Camaat, mən sizə haqqın yolunu göstərəcəm, cənnətin yolunu göstərəcəm…
Elə bu vaxt həmin uşaq qalxır ayağa və mollanın sözünü kəsir:
– Sən heç məscidin yolunu tanımırdın, cənnətin yolunu necə tanıyırsan?…..

Məzhəkə-şou

Səbail Rayon Məhkəməsinin barəmdə çıxartdığı hökmdən apellyasiya şikayəti verdim, fevralın 9-da Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun hakimliyi ilə şikayətimə baxıldı, gözləntilərim özünü doğrultdu, yenə də bütün vəsatətlərim rədd edildi, hakim məhkəməni “şahid ifadələrinə ehtiyac yoxdur”la başladı….
İlk olaraq hüquqlarım polislər tərəfindən pozuldu, məni qeyri-qanuni olaraq maşınımdan düşürüb, həbs etdilər, əslində bu mənə bir siqnaldır, yəni “özünü yığışdır, basarıq içəri” mesajıdır, 9-cu polis bölməsində 3 saatadan artıq girov qismində saxlanıldım, nə saxlanılma səbəbi mənə izah edildi, nə də ki, ətraf mühüt ilə əlaqə qurmağıma imkan verildi. Bircə onu bilirdim ki, öz qeyri-qanuni əməllərinə “qanun” adlı donu geyindirmək üçün məni hökmən məhkəməyə aparmalıdırlar, elə də oldu, məni Səbail Rayon Məhkəməsinə apardılar, hakim Aytən Əliyeva mənim “tərcüməçi və vəkil” vəsatətlərimi rədd edərək, saxlanma səbəbini mənə izah etmədən, “şahid” qismində “dindirilən” polislərin “polisin qanuni əmrinə tabe olmayıb” nağılları əsasında mənə hökm oxudu, hətta mənim “hansı polisin qanuni əmrinə tabe olmamıışam, adını deyə bilərsinizmi?” atmacama da əhəmiyyət verilmədi, sifariş var idi ki, mənim barəmdə inzibati xəta hökmü olsun, bütün bunlar mənim gələcək həbsimə hesablanmış gedişlərdir, hətta mənim məhkəmə protokolu ilə tanış olmaq hüququm da tapdalandı, absurd bir cavab aldım: məhkəməyə ərizə ilə müraciət edib, sənədlərlə tanış ola bilərsiniz.(?) Etdim, ərizə yazdım, qeydiyyatdan keçirtdim, amma yenə də “get, 3-4 gündən sonra gələrsən, sədr üstünü yazmalıdır” kimi mücərrəd bir cavab aldım, zatən bu mənim konstitusion hüququmdur, ancaq konstitusiya xüsusi seçilmişlər üçün işlək bir mexanizm olduğu üçün, mənim kimi “obıvatel”lərə onun ancaq “qara” hissəsi şamil edilir. Bir neçə gündən sonra protokol ilə tanış olanda dəhşətə gəldim, guya mən “etiraf” etmişəm ki, “Dövlət Yol Polisi əməkdaşının qanuni əmrinə tabe olmamışam”….
… İndi aydın oldu niyə apellyasiya şikayətim şahidlərsiz keçirildi? Məhz tələm-tələsik verdikləri hökmdəki yanlışlığın ictimailəşməsindən çəkinirdilər…
….Hökmdə mənim məhz “DYP əməkdaşının” qanuni əmrinə tabe olmadığım göstərilirdi, dərhal həmən “DYP əməkdaşının” axtarışına çıxdım, yoxdur belə bir insan, qurama bir işdir ki, quyruğu elə ilk məhkəmədəcə görsəndi…
Apellyasiya məhkəməsi də eyni ssenari üzrə keçdi, ancaq bütün hallarda haradasa kiçik də olsa səhv buraxırlar, apellyasiya məhkəməsinin qərarında göstərilir ki, mən “ilkin məhkəmə instansiyasında heç bir vəsatət irəli sürməmişəm”, sonra isə yazılır ki, “inzibati xəta törətmiş şəxsin (yəni mənim) azərbaycan dilindən talış dilinə tərcüməçi tələbi rədd edilmişdir”, bəs deyirdiz mən vəsatət verməmişəm? Əgər sizə məhkəmənin ətalətli yox, ədalətli olması önəmli idisə, niyə mənim vəsatətlərimi rədd edirdiz?  Niyə tərcüməçi, vəkil tələblərimi yerinə yetirmədiz? Niyə apellyasiya şikayətimə şahidlərsiz baxdız? Niyə həmən polisi, hansının ki, əmrinə tabe olmamışam, müəyyən edib meydana çıxartmırsız? Niyə “mister X” kimi gizlətdiyiniz, əslində isə olmayan “DYP əməkdaşının müəyyən edilməsi” ilə bağlı vəsatətimi rədd edirsiz? Niyə boynunuza almırsız ki, heç vaxt ədalətli olmamısız, qərarı ya rüşvətlə, ya da kı “yuxarıların sifarişi” ilə vermisiz, siz heç vaxt haqqın-ədalətin yanında olmadız, daima şeytanın yanındasız və əminəm: Sizə cəhənnəmin yolunu göstərəcək molla və ya qeyrisi lazım deyil, siz o yolu artıq gedirsiz və ömrünüzdən ötən hər gün sizi o qır qazanına bir az da yaxınlaşdırır, cəhənnəmin istisini hiss edəndə isə gec olacaq, çox gec….

Xanəli Tolış

Bir ağsaqqalımız var: – Xanəli müəllim, uzun illər müəllimlik etmiş Xanəli mamu yaşayışında da, sözün bütün mənalarında, əsl müəllimdir. Yadıma gəlir, dərcinə bütün varlığımı qoyduğum və dərcini bərpa eytdiyim “Tolışi Sədo” qəzeti, mənim üçün bu gün də qaranlıq qalan səbəblərdən, bağlandı, mən, qəzet gözləyən oxucularımıza xatir, qəzetin adında cüzi dəyişiklik edib, “Tolışon Sədo” adı ilə dərcə başladım, ilk olaraq üstümə böyük basqılar oldu, çoxu mənə hürkə-hürkə baxırdı, zarafat deyildi, şəhid edilmiş USTAD Novruzəli Məmmədovun qəbri hələ soyumamışdı, Talışın köksündə bir elman quliyev xofu var idi və bu əsnada mən ilk dəstəyi məhz Masallıdan aldım, Masallı ziyalıları, xalqımızın rüşinfik ağsaqqalları Allahverdi müəllim, Camal müəllim və Xanəli müəllim mənə dəstək oldular, Xanəli müəllim onda belə bir cümlə işlətdi:
– Rafiq, sən qəzetin dərcini saxlama, heç kəs sənə yazı verməsə belə ağ kağız çıxart, təki onun adında TALIŞ sözü olsun, bizə qəbuldur.
Bu cür dəstəkdən sonra daha da həvəsləndim və qəzetimizi köşklərdə satdırmağı qarşıma məqsəd qoydum, bütün məqsədlərimə çatdım, qəzet həftəlik dərc edilir, köşklərdə satılır və abunə sistemi işləyirdi, düzdür, 2012-ci ildə d-r Hilal Məmmədovun həbsi mənim ictimai yükümü və maddi xərclərimi bir az da artırdı ki, bu da qəzetin dərcində öz əksini tapdı, qəzet yenə də həftəlik dərgidən aylıq dərgiyə keçəsi oldu, bu işdə bəzi insanların mənimlə apardıqları intriqalar da az rol oynamadı, təbii ki, bu sonucda Talış xalqının ziyanına işlədi, günü bu gün də biz həftəlik dərci bərpa edə bilmirik…
Deyəsən Xanəli müəllimi bəhanə edib mövzudan xeyli yayındım, sözümün canı odur ki, Xanəli müəllim daima öz nəcabəti ilə insanların yanında olmuş, onlara öz dəstəyini əsirgəməmişdir.
Yubileyiniz mübarək Xanəli MAMU
“Tolışon Sədo” N: 2(71)

28 fevral 2015

2 Nisan 2017 Pazar

Eldar Mahmudov pis idi, Mədət Quliyev yaxşıdır

Eldar Mahmudov pis idi, Mədət Quliyev yaxşıdır


Bu günlərdə Lənkərana getmişdim. Dedim gedim bir Əli Nasirlə dərdləşim.Yaxın dostum Lənkəranda olduğumu bilib, vacib bir məsələ ilə bağlı mənimlə görüşmək istədiyini bildirdi. İşimin çoxluğu ilə əlaqəli görüşmək istəməsəm də, dostum çox vacib bir məsələ olduğunu israr etdikdən sonra, məndə bir marağ yarandı ki, görəsən nədir bu vacib məsələ? Görüşü Borani restaranına təyin etdik və elə təzəcə oturmuşduq ki, dostum mənə qayıdıb dedi ki, “əgər şair yaşasaydı o DTX(MTN)-dən Talış xalqı üçün nəsə istəyərdi?” Dedim ki, “qardaş, şair böyük adam idi, o, heç vaxt belə bir quruma bu halda müraciət etməzdi. Sən bunu məndən niyə soruşursan?” Dedi “qardaş 15-20 nəfər Talış ziyalısı DTX-ya müraciət edib, o imzalar içində mənim də imzam var, mən müraciəti imzalayanda bəzi adları da oxudum,”. İnanınki bu an bütün dünya başıma dolandı, günəş batdı, qaranlıq çökdü elə bil. O an az qaldı ki, əlimdəki çayla dolu stəkan yerə düşsün. Həqiqətən şokdaydım. Dostum dedi ki, qardaş pərt olma, zəmanə bəlkə dəyişib, bəlkədə səhv etmişik, amma etmişik.
Bir anlıq fikrə getdim. Axı niyə bizim öndəgedənlərimiz məni israrla Bakıya dəvət edirdilər ki, hansısa müraciəti imzalayım, bəlkə bu helə həmin müraciətdir? Bəlkə həmsöhbətim yalan deyir, bütün bunları necə dəqiqləşdirə bilərdim? Söhbət əsnasında dostumu “necə yəni müraciət etmisiz? Məgər cinayətkar Eldar Mahmudovun rəhbərlik etdiyi bu qurum deyildi Növruzəlimizin qanına qəltan eliyən? Məgər bu qurum deyildi Hilal müəllimə şər böhtan atan? Nə dəyişibki bu qurumda sizlər belə müraciət edibsiz? Qardaş Eldar gedib, Mədət gəlib yerinə, bəlkə fikir edibsiz nəsə yenilik var?”
Dostum elə bil özünə haq qazandırmaq üçün astadan danışırdı “bilmirəm, dedilər müraciət etmək lazımdır, mən də imzaladım”
Sanki öz hirsimi bu binəvanın üstünə tökməklə nə isə dəyişəcəkdi, amma özümdən asılı olmayaraq fikirlərimi bildirdim. “Sən nə danışırsan məyər iki-üç general və yaxud polkovnik vurmaqla o sistem dəyişibmi? Elə olsaydı Hacı Məmmədov gedəndən sonra gərək DİN dəyişəydi. Bunlar öz yarıtmaz siyasətiylə düşmənimiz ermənilərə təxribat eləməyə şans verənlər deyilmi? İllərdir RTMM-in adicə bir qeydiyyatını yeniləmirlər. İllərdir Talışlara qarşı daha nə pislik qalmadı eləmədilər. İllərdir bunlar Novruzəli Məmmədovu qətlə yetirməklə ürəyimizə dağ vurublar. Əli Nasirin 60 illiyini keçirməyə icazə verməyən məyər bunlar deyildi?”
Lənkərandan qayıdan kimi informasiyanı dəqiqləşdirmək üçün dərhal öz feyzbuk səyfəmdə sual unvanladım ki, həqiqətən bu müraciət olubmu? Doğrusu yenə də inanmaq istəmirdim, Mehdibəy müəllim ilə Mirtağı müəllim bu məsələyə aydınlıq gətirənə kimi.
Mehdibəy müəllim deyir ki, biz AR prezidentinə müraciət edərək sürətini müafiq orqanlara göndərmişik. Əgər siz prezidentə müraciət edirsizsə DTX nəyə lazımdır? Məyər DTX prezidentdən yüksəkdə durur?
İkinci bir tərəfdən DTX nə vaxtdan huquqları bərpa edir? Bəlkə DTX-dan icazə istəyirsiz ki, ay Mədət müəllim konustusyon huquqlarımızı tələb etmək üçün icazə verəsiz? Necə gülünc vəziyyətə qaldığınızdan xəbəriniz var?
Müraciətə imza atanların tam siyahısını dəqiq bilməsəm də, imza atanların adları 90 faiz məlumdur, bu müraciətdə adı keçən hər bir şəxsə səslənirəm: Sizə nə olmuşdu? Prezidentə müraciət edirsizsə edin, DTX nə məsələdi? Əgər bu yaxınlarda siz Talış xalqına müraciətin tam mətnini təqdim etməsəz, mən onda orda imzası olan şəxslərin adlarını açıqlamalı olacam. Əgər bu müraciəti həqiqətən də Talış xalqına görə etmisizsə, müraciətin mətnini və imza edən şəxslərin siyahısını xalqa bəyan edin, xalqın bunu bilmək hüququ var.